Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1981/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X3 katibliyilə, X2 inzibati qaydada 20 manat cərimə edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 05.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X6 şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək X2 inzibati qaydada 20 manat cərimə edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 05.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1981/2021 saylı, 17.06.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, BDYPİ-nin 05.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1981/2021 saylı, 17.06.2021-ci il tarixli qərarından X5 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-436/2021 saylı 02.07.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmış, sonrakı mərhələdə Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-498/2021 saylı 13.08.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli 3(060)-1981/2021 saylı qərarı ləğv edilərək işə yenidən baxılması üçün 27 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin hazırki işlə bağlı qərarındakı hüquqi mövqeyini, işdəki sənədləri tədqiq edərək hesab edir ki, BDYPİ-nin 05.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan onun özünə qaytarılmalıdır. Bələ ki, BDYPİ-nin 05.06.2021-ci il tarixli, EQ ******* inzibati tənbeh vermə haqqında elektron qərarı X2 barəsində tərtib edildiyi üçün, həmin qərarın məhkəmə qaydasında mübahisələndirmək hüququ X1. X4 ona heç bir aidiyyəti olmayan qərarı məhkəmə qaydasında mübahisələndirmək, onun barəsində tərtib edilməyən qərardan məhkəməyə şikayət vermək hüququ yoxdur. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Ona görə də məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X2 inzibati qaydada 20 manat cərimə edilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin 05.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər baxılmadan sonuncuya geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1981/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1981/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver