Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1981/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, X5 barəsində olan Bakı Nəqliyyat Agentliyinin qərarlarının düzgün qiymətləndirilməsinə köməklik edilməsinə dair X2 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin onun barəsindəki qərarlarının düzgün qiymətləndirilməsinə köməklik edilməsini xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 28 iyul 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər aşagıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Belə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, şikayətə əlavə olunmuş qərarlar xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra, yəni 28 iyul 2022-ci ildə verilmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə göndərilən sənədlərlə mübahisələndirilən qərarın X5 tərəfindən hansı tarixdə alması müəyyən edilmir. Bundan başqa İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, törədilən xətalar Bakı şəhərində törədilmişdir, X5 isə Quba rayonu, Xucbala ərazi dairəsi, Çartəpə kəndində qeydiyyatdadır. Bundan başqa şikayətşi məhkəmədən Bakı Nəqliyyat Agentliyinin qərarlarının düzgün qiymətləndirilməsinə köməklik edilməsini xahiş edir, yəni şikayət konkret deyildir. Məhkəmə X3 izah edir ki, yuxarıda göstərilən kifayət qədər uyğunsuzluqlar onun şikayətinin baxılmasını mümkünsüz edir. Buna görə də şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132.1.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Nəqliyyat Agentliyinin qərarlarının düzgün qiymətləndirilməsinə köməklik edilməsinə dair X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. X3 izah olunsun ki, qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyət qaydalarına riayət etməklə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1981/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1981/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver