Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1983/2023 30.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, qərardan şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi Şöbəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarını ləgv edib, Azərbaycan Respublikası İXM-nin 247.1 -ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında iş üzrə icraatın xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Ərazi Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokola əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarına əsasən AR İXM-nin 247.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsinə görə 300,00 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri Publİk Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət növündə ona aiddir. Torpaq sahəsinin kateqoriyası Sənaye, rabitə və digər təyinatlı torpaqlardır. Digər təyinat həmçinin yaşayış sahəsini də ehtiva edir. Bu səbəbdən qərarın ləğv olunmasını xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 28 avqust 2023-cü il tarixə təyin olunmuş, lakin qərarından şikayət verilmiş orqanın nümayənədsi məhkəmə iclasında iştirak etmədiyindən işin baxılması 30 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmədə şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətinə uyğun izahat verərək bildirdi ki, qeyd olunan torpaq sahəsində ev tikmişlər. Hesab edir ki, torpağın təyinatı onlara ev tikməyə də icazə verir. Buna görə də şikayətinin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, fiziki şəxs Elvin Hacıyev tərəfindən Sumqayıt şəhəri “Azərbaycan dəmir yolu yük həyəti” massivində yerləşən mülkiyyətindəki 0,03 ha torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilib orada fərdi yaşayış evi tikilmişdir. Bu səbəblə ƏMDX-nin Sumqayıt ərazi şöbəsinin müdiri Rauf Binnətov tərəfindən Elvin Hacıyev barəsində İXM-nin 247.1-ci maddəsi ilə qərar qəbul olunaraq 300,00 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsinin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan ƏMDX-nin Sumqayıt ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X3 İXM-nin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300,00 manat məbləğində inzibati cərimə edilmişdir. İş materialında olan ƏMDX DƏDK və reyesteri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dööövlət reyesterinin çıxarışııınnndan görünür ki, Daşınmaz əmlakın ünvanı Sumqayıt şəhəri “Azərbaycan dəmir yolu yük həyəti” massivi olan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. İş materialında olan Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük heyəti” massivi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və 2 saylı Sumqayıt Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Obyektin hüquqmüəyyənedici sən edlər? əsasən xx.xx.2023-cü il tarixinə bazar dəy eri 15000 (on beş min) manat təşkil edir. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2023. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1 bəndinə səasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 5 bəndinə səasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.18-ci bəndinə əsasən həmin Məcəllənin 244 (meşə fonduna aid olan torpaqlar istisna olmaqla), 245 – 248, 250, 251.2 və 557-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahəsində fiziki şəxs Elvin Hacıyev tərəfindən Sumqayıt şəhəri “Azərbaycan dəmir yolu yük həyəti” massivində yerləşən mülkiyyətindəki 0,03 ha torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edərək orada fərdi yaşayış evi tikmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ƏMDX-nin Sumqayıt ərazi şöbəsi tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt ərazi şöbəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt ərazi şöbəsinin MN ******* №li xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1983/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1983/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver