Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1983/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X3, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Qovşudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Cəbrayıl rayonu, Şahvəlli ərazi dairəsi, Qovşudlu kəndində qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)– 6207/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş, bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, icra sənədi ilə borclu tanış edilmiş, xx.xx.2025-ci il tarixində həmin ünvana gedilmiş Baris Baxşəliyevin ailəsi ilə ünvan 1 nömrəli mənzilində ailəsi ilə birlikdə yaşadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Lakin xx.xx.2025-ci il tarixli Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin məktubuna əsasən Baris Baxşəliyevin mülkiyyətində torpaq sahəsinin, yaşayış evinin olması müəyyən edilmişdir. Protokolu müdafiə etdiyini bildirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, hazırda adına hər hansı topraq sahəsi və ya yaşayış evi yoxdur. 2018-ci il tarixdə adına boş torpaq sahəsi olmuş, lakin həmin dövrdə açıq ürək əməliyyatı keçirdiyi üçün həmin torpağı satmışdır. Ailəsi ilə birlikdə 11-ci mikrorayonda məcburi məskunlaşdığı mənzildə yaşayır. Dövlət tərəfindən ona mənzil verilməsini gözləyir. Mənzil verilən kimi 11-ci mikrorayondakı evdən ailəsi ilə birlikdə çıxaraq mülkiyyətçiyə təhvil verəcək. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Baris Baxşəliyev ailəsi ilə birlikdə 1994-cü ildən ona məxsus mənzildə məskunlaşmışdır. Müəyyən olunmuşdur ki, Baris Baxşəliyev özünə məxsus digər evdə yaşayır. Hazırda övladı ailəsi ilə birlikdə ona məxsus olan 11-ci mikrorayondakı mənzildə yaşayır. Şəxs özünə məxsus torpaq və ev sahəsinin olması barədə Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin məktubu da mövcuddur. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)– 6207/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, cavabdeh Şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evin, 17 nömrəli mənzilindən çıxarılsın. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evin, 17 nömrəli mənzilinə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2 (060)-6207/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı evin, 17 nömrəli daşınmaz əmlakın sahibidir.xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs dövlət tərəfindən evlə təmin olunması ilə bağlı AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunda heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs, həyat yoldaşı və 3 övladı ilə birlikdə 1993-cü il tarixdə Komitənin Sumqayıt şəhəri üzrə sektorunda qeydiyyata alınmış və ilkin olaraq ünvan 2 ünvanında məskunlaşmışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs, onun həyat yoldaşı X2, oğlu və onun ailəsi (3 nəfər), digər oğlu və onun ailəsi (2 nəfər), X8 və onun 2 qız övladı, ümumilikdə 12 nəfər sözügedən üç otaqlı mənzildə yaşayırlar. Bildirmişlər ki, onlar bu evə yarımçıq tikili olaraq məcburi köçkün kimi məskunlaşıblar. Ailə dövlət tərəfindən mənzillə təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2(060)-6207/2018 saylı icra sənədinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1A saylı evin Zərərçəkmiş şəxs məxsus 17 nömrəli mənzilində məskunlaşan məcburi köçkün Baxışəliyev Baris Məhəmməd oğlunun ailə üzvləri ilə birgə hansı tarixdən məskunlaşması və dövlət tərəfindən mənzillə təmin olunub-olunmaması barədə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Cəbrayıl rayonunun (Şahvəlli kənd İƏD) Qovşudlu kəndindən məcburi köçkün Baxışəliyev Baris Məhəmməd oğlu övladları olan X13 oğlu və X11 oğlunun ailə üzvləri ilə birgə sözügedən ünvanda 1993-cü ildən müvəqqəti məskunlaşmışdır. Baxışəliyev Baris Məhəmməd oğlu köçüb başqa ünvanda yaşayır, lakin digər ailə üzvləri hamin mənzildə yaşamağa davam edirlər. Nəzərinizə çatdırırıq ki, sözügedən ünvanda məskunlaşan Baxışəliyev Baris Məhəmməd oğlunun mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi, M.Araz küçəsində yerləşən torpaq sahələrinin, həmçinin Abşeron rayonu, Saray qəsəbəsi, N.Xəzri küçəsində yerləşən sahəsi 151 kv.metr olan 33 saylı fərdi yaşayış evinin olduğu aşkar edilmişdir. Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 2B saylı evin 37 nömrəli mənzilin su sayğacının abonent kodu da (kod: **********370) onun öz adına rəsmləşdirilmişdir. Ailə üzvlərindən-X11 oğlunun həyat yoldaşı X1 mülkiyyətində Beyləqan rayonu, Milabad kəndində yerləşən 1,3607 ha torpaq sahəsi vardır. Məlumat üçün qeyd edirik ki, Baxışəliyev Baris Məhəmməd oğlunun mülkiyyətində başqa yaşayış sahələrinin (fərdi yaşayış evinin) olduğu üçün onlar barəsində məhkəmə qətnaməsinin icrasını hüquqi müstəvidə baxılması məqsədəmüvafiq hesab edirik. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib qərara gəlir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni 2 (060) – 6207/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibini yaradır. Belə ki, Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli 3-36-3/2- 1102/2025-nömrəli məktubundan da görünür ki, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada Sumqayıt şəhəri üzrə İcra İdarəsinin müraciətinə baxılmışdır. Həmin məktuba əsasən Şəxs mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi, M.Araz küçəsində yerləşən torpaq sahələrinin, həmçinin Abşeron rayonu, Saray qəsəbəsi, N.Xəzri küçəsində yerləşən sahəsi 151 kv/metr olan 33 saylı fərdi yaşayış evinin olduğu aşkar edilmişdir. Qeyd olunanlar Şəxs icra sənədini qərəzli olaraq icra etməsini təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1983/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1983/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver