Məhkəmə qərarları › İş №3(060)-1985/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1985/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1985/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Binəqədi RPİ-yə geri qaytarılmalıdır. Belə ki, EQ25993013 inzibati tənbeh vermə haqqında qərarın surəti iş materiallarına sənəd əlavə edilməmişdir. İş materiallarına DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən çıxarış əlavə edilmişdir. Həmin çıxarışa əsasən isə şəxsin İXM-in hansı maddəsi barəsində inzibati tənbeh tətbiq edilməsini müəyyən etmək olmur. Məhkəmə qeyd edir ki, şəxsin barəsində İXM-in hansı maddəsi ilə inzibati tənbeh tətbiq edilməsini müəyyən etmədən, onun İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranır. Bəzi hallada isə İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş protokollar yuxarıda qeyd edilən inzibati xətalara görə tətbiq edilmiş cərimələrin ödənilməməsinə görə deyil, digər maddələrlə tətbiq edilmiş cərimələrin 03 ay müddətində ödənilməməsinə görə tərtib edilir (Misal: İXM-in 469.3-cü maddəsi). Sonuncu qeyd edilən halda isə İXM-in 529.3-cü maddəsinin tərkibi yaranmır. Belə ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, İXM-in 529.3-cü maddəsi nəzərdə tutulmuş işlər üzrə şəxsin 03 ay müddətində ödənilməyən inzibati cəriməsi üzrə inzibati tənbeh tətbiq etmə barədə qərarın iş materiallarına əlavə edilməsi zəruridir. Əks halda işin baxılamağa hazırlanması zamanı həmin natamamlıq qeyd edilərək materaillar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və həmin natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Binəqədi RPİ-yə geri qaytarılsın. Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar