Məhkəmə qərarları › İş №3(060)-1988/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1988/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1988/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər X6 şöbəsinin 27.04.2021-ci il tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Kərimov Elnur Sərvan oğlu tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: Kərimov Elnur Sərvan oğlu Sumqayıt şəhər X6 şöbəsinin 27.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt şəhər X6 şöbəsinin 27.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Kərimov Elnur Sərvan oğlu tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə göndərilir. İş materialından görünür ki, Kərimov Elnur Sərvan oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Kərimov Elnur Sərvan oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Kərimov Elnur Sərvan oğlunun şikayəti icraata qəbul edilə bilməz. Sumqayıt Şəhər Məhkəməsi bu işə baxmağa səlahiyyətli deyildir. X2 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq şikayət verilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: Kərimov Elnur Sərvan oğlunun Sumqayıt şəhər X6 şöbəsinin 27.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılsın. Kərimov Elnur Sərvan oğluna izah edilsin ki, şikayətlə aidiyyəti məhkəməyə müraciət edə bilər. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar