Məhkəmə qərarları › İş №3(060)-1988/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1988/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1988/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Şəxs müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 27 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs (VÖEN-**********) tərəfindən xx.xx.2021-ci il tarixli **********1581 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük idarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 6385,02 (altı min üç yüz səksən beş ABŞ dolları iki sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Buna görə də, «STP GLOBAL CABLE” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, protokol əsassızdır. Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən 6385,02 (altı min üç yüz səksən beş ABŞ dolları iki sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin Şəxs MMC tərəfindən müvəkkil bank hesabına köçürülməməsinə səbəb kimi qeyd etmək istəyir ki, müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi olduğu Şəxs MMC ilə Qazaxıstan Respublikasında yerləşən TOO “Proekt-ENS” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən tərəflərindən xx.xx.2021-ci il tarixli **********1581 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxalatçı şirkətə göndərilmiş malların müəyyən qismi istifadəyə yararsız hesab olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli yararsız mallar haqqında akt tərtib edilmişdir. Bu səbəbdən ümumilikdə 81400,83 ABŞ dolları məbləğindən yalnız 75015,81 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti alıcı şirkət tərəfindən hesablarına köçürülmüş, digər 6385,02 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti isə malların yararsız olması səbəbi ilə akt əsasında ödəniş hesabından silinmişdir. xx.xx.2022-ci il tarixdə TOO “Proekt-ENS” şirkəti tərəfindən tərtib edilmiş yararsız mallar haqqında aktdan da görünür ki, TOO “Proekt-ENS” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən alıcıya göndərilmiş 6385,02 ABŞ dolları məbləğində mallar yararsız olduğu üçün həmin mallar üzrə ödənilməli olan pul vəsaitləri silinmişdir. Beləliklə də, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Bunları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin 27 iyul 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yararsız mallar haqqında aktdan görünür ki, Şəxs və TOO “Proekt-ENS” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən alıcıya göndərilmiş 6385,02 ABŞ dolları məbləğində mallar yararsız olduğu üçün həmin mallar üzrə ödənilməli olan pul vəsaitləri silinmişdir. İş materiallarında olan TOO “Proekt-ENS” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yararsız mallar haqqında aktdan görünür ki, TOO “Proekt-ENS” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən alıcıya göndərilmiş 6385,02 ABŞ dolları məbləğində mallar yararsız olduğu üçün həmin mallar üzrə ödənilməli olan pul vəsaitləri silinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC ilə Qazaxıstan Respublikasında yerləşən TOO “Proekt-ENS” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən tərəflərindən xx.xx.2021-ci il tarixli **********1581 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxalatçı şirkətə göndərilmiş malların müəyyən qismi istifadəyə yararsız hesab olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli yararsız mallar haqqında akt tərtib edilmişdir. Bu səbəbdən ümumilikdə 81400,83 ABŞ dolları məbləğindən yalnız 75015,81 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti alıcı şirkət tərəfindən hesablarına köçürülmüş, digər 6385,02 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti isə malların yararsız olması səbəbi ilə akt əsasında ödəniş hesabından silinmişdir. xx.xx.2022-ci il tarixdə TOO “Proekt-ENS” şirkəti tərəfindən tərtib edilmiş yararsız mallar haqqında aktdan da görünür ki, TOO “Proekt-ENS” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli № 0080/27072021-KZ saylı alqı-satqı müqaviləsinə əsasən alıcıya göndərilmiş 6385,02 ABŞ dolları məbləğində mallar yararsız olduğu üçün həmin mallar üzrə ödənilməli olan pul vəsaitləri silinmişdir. Yuxarıda göstərilənlərə əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edildiyindən Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyul 2022-ci il tarixli, EP № ******* saylı saylı inzibati xəta haqqında protokolla başlanılmış icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 iyul 2022-ci il tarixli, EP № ******* saylı saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar