Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1988/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Qazaxıstan Respublikası, Aktyubinsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1130 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 iyul 2025-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, Göyərçin parkı, Özsüt restoranının yanında keçmiş həyat yoldaşı X3 məxsus avtomobilin arxa şüşəsini daşla vurub sındırmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü izahatında göstərmişdir ki, hadisə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərildiyi kimi olmuşdur. Özünü təqsirli bilir. Halhazırda zərərçəkmişə dəymiş zərəri ödəyib və aralarında barışıq əldə olunmuşdur. Məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəməyə müvafiq ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, halhazırda Şəxsyla barışmışdır. Zərərçəkmiş şəxs ona dəymiş ziyanı ödəmişdir və barışıblar. Məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəməyə müvafiq ərizə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür kİ, NK-1/2117, NK-1/2160 nömrəli yoxlama materialları üzrə cinayət işinin başlanması rədd edilmiş və aidiyyatı üzrə Sumqayıt ŞPİnin 4-cü PB-ə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, avtomobilin arxa şüşəsi alınmalı (dəyişdirilməli), dam hissəsi əzilmiş, dəmirçi rəngsaz işləri aparılmalıdır. Təmir xərcləri 1000 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs ərizəsindən görünür ki, dəymiş ziyanı Zərərçəkmiş şəxs ödəmişdir. Barışıblar. Özünü təqsirli bilir. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ona dəymiş ziyanı ödəmişdir və onunla barışıb. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Lakin, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, Şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1988/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1988/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver