Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1989/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair 09 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhər DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, “AsanPay” elektron sistemindəki şəxsi kabinetinə daxil olarkən barəsində İXP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edildiyi xətada bunun üçün dəbbə pulunun hesablandığını görmüşdür. Bununla yanaşı elektron sistemə baxış keçirilərkən inzibati xəta haqqında qərarın yerləşdirilmədiyi müəyyən edilmişdir. Bu günki günə qədər də “AsanPay” elektron sistemində inzibati xəta haqqında qərar yerləşdirilməmişdir. Bu məqsədlə Bakı şəhər BDYİ-nə müraciət edilmiş və həmin qərar şəxsən təhvil alınmışdır. Məlum olmuşdur ki, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərarı əsassız hrsab edir. Sözügedən protokol üzrə ona heç bir bildiriş və ya SMS gəlməmişdir. İXM-nin 61.1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq hüququ vardır. Qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında protokol və qərar isə əsassız sayılır. Həmçinin inzibati xəta haqqında qərarda qeyd edilmiş vaxtda - xx.xx.2022-ci il tarixində, saat 00:21 radələrində onun tərəfindən qeyd edilən vaxtda heç bir inzibati xəta törədilməmişdir. Məhz bu səbəbdən də nəyə görə inzibati xəta haqqında protokolun və qərarın qəbul edildiyi məlum olmayan DYP tərəfindən iddia edilən inzibati xətanın törədilməsinə dair heç bir foto və video görüntü “AsanPay” elektron sistemindəki şəxsi kabinetində yerləşdirilməmişdir. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 08 avqust 2022-ci il tarixə təyin edilmişdir, lakin şikayətçi və qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işin baxılması 22 avqust 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş şikayət vermiş şəxs və qərarından şikayət verilmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X2 barəsində 09 iyul 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunaraq 60,00 (altmış) manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhər DYPİ-nin 09 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvinə əsas verə biləcək sübut növləri şikayətçi X2 tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də inzibati tənbeh vermə haqqında elektron qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh edilməsi qanuni və əsaslıdır, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta haqqında TP ******* saylı, 09 iyul 2022-ci il tarixli qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1989/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1989/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver