Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1990/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X3 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin baş inspektoru Musayev Ramil Vəkil oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) barəsində 30 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə məxsus inzibati binada və ərazisində planlı yanğın texniki müayinə zamanı aşağıdakılar aşkar olunmuşdur. YTQ № 01-2001 – 2.1-2.6; YTQ № 01-2001 – 4.1-4.17; YTQ № 01-2001 – 6.1-6.10 və YTQ № 01-2001 – 10.1-10.4 bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol və materiallar xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 10 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokol tərtib etmiş orqan Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" ASC-nin sədri X4 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək qeyd etdi ki, müvafiq yoxlama "xxxx" ASC-nin aparılmış, lakin yoxlama aparılmamışdan öncə "xxxx" ASC-yə məlumat verilməmişdir. Yoxlama nəticəsində YTQ № 01-2001 – 2.1-2.6; YTQ № 01-2001 – 4.1-4.17; YTQ № 01- 2001 – 6.1-6.10 və YTQ № 01-2001 – 10.1-10.4 bəndlərinin tələblərinin pozulması müəyyən edilsə də, lakin hal-hazırda qeyd olunan nöqsanlar aradan qaldırılmışdır. Qeyd olunanlar nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də "xxxx" ASC İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0486 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY221740702 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə "xxxx" ASC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, YTQ № 01-2001 – 2.1-2.6; YTQ № 01-2001 – 4.1- 4.17; YTQ № 01-2001 – 6.1-6.10 və YTQ № 01-2001 – 10.1-10.4 bəndləri müayinə zamanı aşakr olunan qanun pozuntularıdır. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2022ci il tarixli 1590 №-li qərardan görünür ki, "xxxx" ASC Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Azərbaycan prospekti 8 ünvanda xx.xx.2022-il tarixdən xx.xx.2022-ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında xx.xx.2022ci il tarixli 1590 №-li aktdan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Azərbaycan prospekti 8 ünvanda yerləşən "xxxx" ASC-də müayinəsi aparılmış, müayinə zamanı nöqsanlar aşkar olunmuşdur. YTQ № 01-2001 – 2.1-2.6; YTQ № 01-2001 – 4.1-4.17; YTQ № 01-2001 – 6.1-6.10 və YTQ № 01-2001 – 10.1-10.4 bəndlərinin tələbləri pozulması qeyd olunmuşdur “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, müayinə zamanı № 01-2001 – 2.1- 2.6; YTQ № 01-2001 – 4.1-4.17; YTQ № 01-2001 – 6.1-6.10 və YTQ № 01-2001 – 10.1- 10.4 X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da "xxxx" ASC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli ) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1990/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1990/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver