Məhkəmə qərarları › İş №3(060)-1990/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1990/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1990/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X2 qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Zərərçəkmiş şəxs QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdehler Şəxs, X5 və X1 müştərək qaydada Zərərçəkmiş şəxs QSCnin xeyrinə 8063.26 manat məbləğində kredit borcu, 1906.24 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 10169.5 (on min yüz altmış doqquz manat əlli qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və nəticədə 10055.98 manat borcu yaranmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirdi ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, sözügedən icra sənədinə əsasən boclunun banka hal-hazırda 10055,98 manat məbləğində borcu var. İcra sənədinin icası ilə əlaqədar bir sıra icra tədbirləri həyat keçirilmişdir. Müvafiq olaraq Şəxs tələbin yönəldilə biləcək əmlakının müəyyən edilməsi üçün sorğular verilsə də, onun adına hər hansı bir əmlak müəyyən edilməyib. Bundan başqa 2023-cü ilin may ayında barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə gətirilmişdir və məhkəmə tərəfindən ona 500 manat cərimə cəzası tətbiq edilmişdir. Lakin şəxs nə cərimə cəzasını ödəmiş, nə də icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. İcra sənədi üzrə cəmi təxminən 143 manat ödəniş edilib. O da digər borclulardan birinin iş yeri üzrə yönləndirilməklə ödənilmiş məbləğdir. Lakin sonradan həmin şəxs analıq məzuniyyətinə çıxdığından icra sənədi yenə icrasız qalmışdır. Bundan sonra icra sənədinin icrası ilə əlaqədar Şəxs dəfələrlə İcra İdarəsinə çağırılsa da, o, heç bir çağırışa əhəmiyyət verməyərək İcra İdarəsinə gəlməyib. Nəticədə barəsində axtarış elan edilmişdir. İcra idarəsinə gəldikdən sonra izahatı alınmış, yenə icra sənədini icra edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. İcra məmuru qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünə məxsus torpaq sahəsini satışa qoysa da, torpaq sahəsi satılmamışdır. Qardaşı bu yaxınlarda Almaniyadan gələcəkdir. Təxminən 20 gün ərzində onun banka olan borcunu tam ödəyəcəkdir. Məhkəmə tərəfindən ona tətbiq edilən 500 manat cərimə cəzasını icra etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən ona tənbeh tətbiq edildikdən sonra da icra sənədi üzrə hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Şəxs hazırda şəxsi işi və qazancı yoxdur. Göründüyü kimi Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qəsdən yayınmır, yəni əslində icra sənədinin icrasından qərəzli yayınmaq üçün hər hansı bir səbəbi yoxdur. Qeyd edilənlərə əsasən Vəkil inzibati icraataa xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı dəfələrlə Şəxs ilə danışıqlar aparılımış, ona müxtəlif güzəştli təkliflər edilmiş, hətta ümumilikdə 6000 manat pul ödədiyi halda iş üzrə icraata xitam verəcəklərini bildirsələr də heç bir nəticəsi olmamışdır. Şəxs özü rieltor, yəni makler kimi fəaliyyət göstərir. O dəfələrlə özünə məxsus torpağı satacağını və borcunu ödəyəcəyini vəd etsə də, vədinə əməl etməyib. İcra sənədi üzrə 2023-cü ildə cəmi 143 manat ödəniş edilmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmdən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri özünün izahatı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 10055.98 manat borcu var. İcra sənədində qeyd edilən borc məbləğindən cuzi məbləğdə ödəniş edilmişdir. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1147/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Lakin Şəxs cərimə məbləğini də ödəməmişdir. Göründüyü kimi Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8867/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin mövcudluğundan xəbərdar olmasından və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsindən keçən təxminən 1 il ərzində borclu tərəfindən hər hansı ödəniş edilməmiş, o cümlədən icra sənədini icra etməyə cəhd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, intizam tənbehi tətbiq olunmasına baxmayaraq şəxsin islah olunmadığını, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında sanksiyası həddində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2024-cü il saat 16:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar