Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1991/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 17:00-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, Gold palace şadlıq sarayının qarşısında özünü şübhəli apardığı üçün polis bölməsinə gətirilmiş, Sumqayıt şəhər Narkoloji Dispanserdə analizindən keçirilərək narkotik vasitə olan heroindən istifadə etməsi faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi- X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Gold Palace” şadlıq sarayının qarşısında narkotik vasitənin istifadə və gəzdirilməsində şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmiş və müayinə olunması üçün Sumqayıt şəhər Narkoloji Dispanserə aparılaraq orada analiz götürülmüşdür. Analizin cavablarından müəyyən olunmuşdur ki, Şəxs narkotik vasitə olan heroindən istifadə etmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Gold Palace” şadlıq sarayının qarşısında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Orada söhbət əsnasında polis əməkdaşlarına narkotik vasitə olan heroin istifadə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onu Sumqayıt şəhər Narkoloji Dispanserdə analizdən keçirilmişdir. Testin nəticəsi olaraq heroin istifadə etməsi ortaya çıxmışdır. Həmin zaman narkotik istifadə etdiyini özüdə etiraf etmişdir. Bu səbəbdən onu bölmənin X3 saxlayaraq barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublik Narkoloji X6 şəxsi Ambulator məcburi-narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxs “opoidlərin və psixostimulyatorların” birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs Sumqayıt şəhər Şəhər Polis İdarəsinin X3 xx.xx.2024-cü il tarixdən saat 17.10-dan xx.xx.2024-cü il tarixdən saat 17:10-dək müvəqqəti saxlanılmışdır. Odur ki, Şəxs barəsində cərimə cəzası tətbiq edilərkən, onun Sumqayıt şəhər Şəhər Polis İdarəsinin X3 müvəqqəti saxlanılması nəzərə alınmaqla, onu qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin X3 xx.xx.2024-cü il tarixdən saat 17.10-dan xx.xx.2024-cü il tarixdən saat 17:10-dək müvəqqəti saxlanılması nəzərə alınaraq, ona qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1991/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1991/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver