Məhkəmə qərarları › İş №3(060)-1992/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1992/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1992/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan ( FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 14000 manat aliment borcunu üzürsüz səbəbdən ödənmir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 4 uşağa görə ümumilikdə 600 manat ödəniş olunmalı idi, lakin ödənişlər olunsa da, az miqdarda edilmiş, hazırda 14000 manat ödənilməyən aliment borcu yaranmışdır. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, alimentin borcunun məbləği ilə razıdır. Nikah münasibətlərinə xitam verilsə də, keçmiş həyat yoldaşı və uşaqları ilə eyni evdə yaşamışdır. Gündəlik taksi sürməklə 20 manat gəlir əldə edir. Daimi iş yeri olmadığına görə alimenti tam ödəyə bilməmişdir. Məşğulluq xidmətində qeydiyyatda olmuş, lakin ona iş verilməmişdir. Bacardığı qədər uşaqlarına baxmış, lazımı qaydada uşaqlarını saxlaya bilmədiyini etiraf edir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, aliment borcunun məbləği ilə razıdır, lakin borclunun sözləri ilə razılaşmır. Nikah münasibətlərinə xitam verilsə də, çox vaxt uşaqları ilə birlikdə bacısı və ya kirayədə yaşamışdır. Hazırda eyni evdə yaşasalar da uşaqlarına baxmır, aliment vermir. İndiyədək az miqdarda aliment vermişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14000 manat aliment borcunu üzürsüz səbəbdən ödəmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(028)-1/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(028)- 1 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Şəxs xx.xx.2023-cü il tarixində tələbin könüllü icrası haqqında bildiriş ilə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs aliment borcu 10800 manat təşkil edir. Borclu ilə arasında razılaşma əldə etmişdir və borclu öhdəliyini yerinə yetirməzsə, barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunmasını xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, işi olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Hal-hazırda qazandığı pulu uşaqlarına xərcləyir,lakin maddi vəziyyəti aliment borcunu ödəməyə yetmir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək icra sənədləri üzrə müəyyən məbləğlərdə ödənişlər etsə də, kifayət qədər borcu ödənilməmiş qalmışdır. Şəxs məhkəmə iclasında və məhkəməyədək verdiyi izahatda iş yerinin olmamasını səbəb kimi göstərsə də, məhkəmə iclası zamanı taksi fəaliyyəti ilə məşğul olduğu, gəlir əldə etdiyini bildirmişdir. Şəxs müəyyən miqdarda gəlir əldə etməsi, hazırda kifayət qədər yüksək məbləğdə aliment borcunun yaranması, sonuncunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə tam ödənişlər etməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 avqust 2025-ci il tarixdən saat 14.50-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 14.50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar