Məhkəmə qərarları › İş №3(060)-1994/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1994/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1994/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri Musayev Ramil Vəkil oğlunun və X4 iştirakı ilə, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən "xxxx" MMC-nin, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi ünvanında yerləşən mağazasında “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 9.1-9.12 və “Ticarət və ictimai iaşə müəssisələri, bazalar və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 2.2-2.17-ci bəndlərinin pozulması əsas gətirilərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 02 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmiş və barəmdə 400 AZN inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında qərar qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmədiyi, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 02 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Sözü gedən protokol inzibati orqan tərəfindən ona təqdim edilməmişdir. Ona təqdim olunan MN ******* nömrəli inzibati xəta haqqında protokolda isə onun İXM-in 536.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətdiyi qeyd edilmişdir. Həmçinin həmin protokol üzrə müəyyən edilmiş əsaslar, tənbehvermə qərarında müəyyən edilən hallarla üst-üstə düşmür. İnzibati orqanın gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığı görünür. Həmçinin qərarla müəyyən edilən hallara fikir verilsə, inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra 19 gün sonra faktların müəyyən edilməsi bildirilmişdir, Qərardadla müəyyən edilən hallara gəldikdə isə X2 konkret olaraq hansı tələblərinin pozulması bildirilməmişdir. Ümumi olaraq, 2.2-2.17 qeyd edilsə də, həmin bəndlərdə ona və ya mağazaya aid olmayan tələblər mövcuddur. Belə ki, İXM-in 518.1-ci maddəsinə əsasən vəzifəli şəxlər barəsində 100 manatdan 150 manatadək məbləğdə inzibati cərimə tətbiq edilə biləcəyi göstərilsə də, inzibati orqan qanunun tələblərini kobud surətdə pozmuş və həmin maddənin sanksiyasından kənara çıxaraq onun barəsində 400 manat inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməməmişdir. Göründüyü kimi, tərtib olunmuş inzibati xəta haqqında qərarda X1 pozulması qeyd edilsə də, həmin faktın necə təsdiqini tapması və onun təqsirli bilinməsinə dair kifayət qədər mötəbər sübut iş üzrə materiallara daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri Musayev Ramil Vəkil oğlu və X6 şikayətlə razılaşmayaraq bildirmişlər ki, X5 ilk öncə İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir və həmin cəriməni də ödəmişdir. Həmin qərar qəbul edilən vaxt X1 tələblərinin yerinə yetirilməsi ilə bağlı müvafiq tələbnamə verilmişdir. Bu səbəbdən bir müddət sonra tələblərin yerinə yetirilib-yetirilməməsini müəyyən etmək məqsədi ilə plandankənar yoxlama təyin edilmişdir. Yoxlama zamanı əvvəlki pozuntuların aradan qaldırılmaması müəyyən edilmişdir. Belə ki, X3 müdir işlədiyi Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə yoxlama zamanı yanğın xəbər verici siqnalizasiya qurğusunun saz vəziyyətdə saxlanılmaması, mağazanın ticarət zalında mallar arası məsafənin gözlənilməməsi və anbar otağında malların pərakəndə şəkildə saxlanılması müəyyən edilmişdir. Bununla da X1 (№01-2001 bənd 9.1-9.12 və №03-2022 bənd 2.2-2.217) pozulması müəyyən edilmişdir. Bu səbəbdən də X5 barəsində İXM-in 536.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda İXM-in 518.1-ci maddəsi texniki səhv kimi qeyd edilmişdir. Əslində qeyd edilən qərar İXM-in 536.1-ci maddəsinə əsasən qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə yoxlama keçirirlərkən X1 (№01-2001 bənd 9.1-9.12 və №03-2022 bənd 2.2-2.217) pozulması müəyyən edilmişdir. Bu səbəbdən də X5 İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞnin böyük inspektoru Səfər Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə yoxlama keçirirlərkən X1 (№01-2001 bənd 9.1-9.12 və №03-2022 bənd 2.2-2.217) pozulması müəyyən edilmişdir. Bununla da mağaza müdiri X5 İXM-in 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1537 nömrəli yanğın-texniki müayinə aktına aktından görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə yoxlama keçirirlərkən yanğın xəbər verici siqnalizasiya qurğusunun saz vəziyyətdə saxlanılmaması, mağazanın ticarət zalında mallar arası məsafənin gözlənilməməsi və anbar otağında malların pərakəndə şəkildə saxlanılması müəyyən edilmişdir. Bununla da X1 (№01-2001 bənd 9.1-9.12 və №03-2022 bənd 2.2-2.217) pozulması müəyyən edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2024-cü il tarixli KY242116472 saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə plandan kənar yoxlama aparılması reyestrdə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən "xxxx" super marketdə plandan kənar yoxlama aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmışdır. Bundan sonra xx.xx.2024-cü il qeyd edilən marketdə yoxlama keçirilmiş və yoxlama zamanı yanğın xəbər verici siqnalizasiya qurğusunun saz vəziyyətdə saxlanılmaması, mağazanın ticarət zalında mallar arası məsafənin gözlənilməməsi və anbar otağında malların pərakəndə şəkildə saxlanılması müəyyən edilmişdir. Bununla da X1 (№01-2001 bənd 9.1-9.12 və №03-2022 bənd 2.2-2.217) pozulması müəyyən edilmişdir. Yoxlama ilə bağlı müvafiq akt tərtib edilmiş və marektin müdiri X5 həmin aktla tanış olaraq imzası ilə təsdiq etmişdir. Bundan sonra X5 barəsində İXM-in 536.1-ci maddəsi ilə protokol tərtib edilmiş və xx.xx.2024-ci il tarixli qərarla 400 manat məbləğində inzibati cərimə edilmişdir. Qəbul edilmiş qərarda İXM-in 518.1-ci maddəsi qeyd edilmiş, qərar qəbul etmiş orqanın nümayəndəsi isə qərarda İXM-in 518.1-ci maddəsinin texniki səhv kimi qeyd edildiyini, əslində qeyd edilən qərarın İXM-in 536.1-ci maddəsinə əsasən qəbul edildiyini bildirmişdir. Məhkəmə qərar qəbul etmiş orqanın nümayəndəsinin həmin dəlilinə münasibətdə qeyd edir ki, qərarda İXM-in 518.1-ci maddəsinin göstərilməsi texniki səhv kimi qəbul edilə bilər. Belə ki, icraat materiallarına əsasən müəyyən edilir ki, X5 barəsində İXM-in 536.1-ci maddəsi ilə icraat başlanmış və aparılmışdır. Yalnız qərarda İXM-in 518.1-ci maddəsi qeyd edilmişdir. Lakin, məhkəmə qeyd edir ki, X5 barəsində inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri gözlənilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası İXM-in 536.1-ci maddəsi ilə tənbeh tətbiq edilərkən cərimə şərti tətbiq edilməlidir. Lakin, indiki halda X5 400 manat məbləğində inzibati cərimə edilsə də, həmin cərimə şərti tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar