Məhkəmə qərarları › İş №3(060)-1995/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1995/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1995/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, həmin qərara əsasən barəsində tətbiq olunmuş inzibati cərimənin və 5 cərimə balının silinməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, **-YG-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Monza minik markalı avtomobil rəsmi qaydada X7 məxsusdur. xx.xx.2025-ci ildə, yəni qərar tərtib edildiyi gün həmin avtomobilin sahibi spirtli içki qəbul etdiyi üçün avtomobili idarə etmişdir. Bu zaman avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində hərəkətdə olarkən YPX əməkdaşı onu saxlamış və barəsində İXP7105429 saylı inzibaii xəta hqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixli, İXP7105429 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərara görə o, İXM-nin 329.3-cü maddəsi ilə (işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə) və İXM-nin 333.1-ci maddəsi ilə (nəqliyyat vasitəsini idarəetmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətdə idarə edilməsinə görə) barəsində 5 cərimə balı tətbiq olunmaqla 400 (dörd yüz) manat inzibati cərimə tətbiq olunmuşdur. O, həmin qərarı əsassız hesab edir. Belə ki, qərar tərtib edildikdən 03 aya yaxın vaxt keçsə də, həmin qərar ona təqdim olunmamışdır. Həmin qərarın tərtibindən 2 gün sonra o, polis idarəsi tərəfindən sms vasitəsilə məlumatlandırılsa da, həmin qərar rəsmi qaydada ona bu günə qədər təqdim edilməmişdir. Həmçinin inzibati xəta hadisəsi olan vaxtda yəni, xx.xx.2025-ci ildə o, spirtli içki qəbul etməmişdir. Sərxoş olmamasını yol polis əməkdaşının nəzərinə çatdırmışdır. xx.xx.2025-ci ildə 01:24 radələrində barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra sərxoşluq vəziyyətinin təyini məqsədilə tibbi müayinə üçün Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxsə müraciət etmişdir. Bu barədə hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il, tarixli, 2/2452 saylı protokol tərtib olunmuşdur. Həmin protokola əsasən onun sərxoşluğunun nəticəsi 0% olmuşdur. Bundan əlavə o, həmin avtomobili idarə edən zaman İXM-nin 329.3-cü maddəsinə (işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə) tələblərini pozmamışdır. Məhkəmə iclasında iştirak edən X5 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. X3ona verilmiş suala cavab olaraq həmçinin bildirmişdir ki, DYP əməkdaşının məhkəmə iclasında təqdim etdiyi protokolda qeyd edilmiş “pivə içmişəm” sözünü həqiqətən o yazmış və imzalamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin əməkdaşı Sənan Tatayuk məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin YPX-nin baş inspektoru X8 bildirmişdir ki, xx.xx.2025-ci ildə saat 00:00 radələrində X5 işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Pərhat Cumalıyev sərxoş olması təsiri bağışlanmışdır. Buna görə də sonuncu öz razılığı ilə alkotester müayinəsində keçirilmiş və spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Pərhat Cumalıyev müayinənin nəticələri ilə razı qaldığı üçün həkim müayinəsinə aparılmamışdır. Bundan əlavə Pərhat Cumalıyev öz xətti ilə “pivə içmişəm” qeydini yazmış və imzalamışdır. Pərhat Cumalıyevin idarə etdiyi avtomobil X7 məxsus olmuş və həmin şəxs də avtomobildə olmuşdur. X10 həm özünün, həm də X2 olmasını bildirmiş və bununla bağlı izahat yazmışdır. Ona görə də X10 barəsində İXM-in 336.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsin xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində “Chevrolet Monza” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonunda idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir, bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş İXP7105424 nömrəli sərxoşluq vəziyyətini müəyyən etmək üçünxüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:55-də müayinə zamanı X5 0,656 promilli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. X5 həmin protokolda “pivə içmişəm” qeydini yazaraq imzalamışdır. İş materiallarında olan 03 may 2025-ci il tarixli 2/24521 nömrəli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X5 03 may 2025-ci il tarixdə saat 01:24-də ayıq olmuşdur. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 “Chevrolet Monza” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 23:55 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmış və öz razılığı ilə onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə yoxlanılmışdır. Müayinə zamanı X4 0,656 promilli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmiş, sonuncu xüsusi texniki vasitənin nəticələri ilə razılaşaraq bu barədə tərtib edilmiş protokolda “pivə içmişəm” qeydini yazaraq imzalamışdır. Ona görə də X5 barəsində xx.xx.2025-ci il tarixli (saat 00:05, yəni müayindən 10 dəqiqə sonra) inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla isə Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda şikayətçi qeyd edilən qərardan şikayət verərək həmin vaxt spirli içki qəbul etmədiyini və xüsusi texniki vasitənin göstəriciləri ilə razı olmadığını bildirmişdir. Eyni zamanda 03 may 2025-ci il tarixli 2/24521 nömrəli sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunu məhkəməyə təqdim edərək alkoqol sərxşluğu vəziyyətində olmamasının həmin protokolla da təsdiq edildiyini bildirmişdir. Məhkəmə şikayətin dəlillərinə və təqdim edilmiş 03 may 2025-ci il tarixli 2/24521 nömrəli protokola münasibətdə qeyd edir ki, şikayətçinin təqdim etdiyi akdan görünür ki, onun Respublika Narkoloji Mərkəzdə müayinəsi ilkin müayinədən saat yarım sonra olmuşdur və bu müddət ərzində alkoqol sərxoşluğu vəziyyətinin keçməsi istisna edilmir. Bundan əlavə işin yuxarıda təsvir edilən halları ilə X4 göstərdiyi xüsusatlar tam təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov RPİ-nin X13 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar