Məhkəmə qərarları › İş №3(060)-1998/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1998/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1998/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X6, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1975-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2, mənzil 13 qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1 Zərifə Talıb qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X10 izahatında bildirmişdir ki, Şəxs və oğlu KərimovXəyal Tofiq oğlu DİN-in 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət edərək Şəxs tərəfindən döyüldüklərini bildirmişlər. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər üç şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2025-ci il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq olmasını və dəymiş ziyanı ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, oğlu Xəyal ilə gəlini Sevinc rəsmi qaydada boşanmışlar. Abşeron rayon Məhkəməsinin qərarı ilə oğluna uşaqları ilə görüş hüququ verilmiş, lakin zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən hər həftənin şənbə günü saat 11-dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində oğlu Xəyal Kərimov ilə birlikdə ünvan 2 37B-yə ev ünvanına yaxınlaşmışlar. Sevinc qapını açmış, lakin saat 11 olmadğı və icra məmuru iştirakı olmadığı üçün nəvəsinin onlarla görüşməsinə icazə verməmişdir. Bundan sonra onlar arasında mübahisə düşmüş, Sevinc onu və oğlu Xəyalın üzərinə gələrək onun sol qol və baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmçinin həmin vaxt onun və oğlunun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Lakin, hazırda barışmışlar, Zərərçəkmiş şəxs dəymiş zərəri ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Xəyal Krimova ilə rəsmi qaydada boşanma ərəfəsindədir. Abşeron Məhkəməsinin qərarına əsasən Xəyala hər həftənin şənbə günü saat 11.00-dan saat 15:00-dək olan vaxtda qızı Fatimə Kərimova ilə görüş hüququ verilmişdir. Lakin o, 4 saata görüş verildiyi üçün apellyasiya şikayəti vemrişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin olunmuş və hər həftənin şənbə günü saat 11-dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə isə icra məmuru olmadan saat 10:30 radələrində qayınanası Zərifə və Xəyal birlikdə onun yaşadığı ünvana gəlmişlər. Bu zaman o, həm saat 11 olmadığı, həm də icra məmuru olmadığı üçün uşağı verməkdən imtina etmişdir. Bu zaman qayınanası Zərifə uşağı qucağına alaraq liftə getmiş, Xəyal da onun ardınca liftə daxil olmuşdur. O, onların ardınca gələrək uşağını geri tələb etmiş, bu zaman Xəyal onun sağ qulaq nahiyəsindən zərbə endirmiş və saçını yolmuşdur. Qaynansı Zərifə də ona dəstək olaraq əli ilə qoluna zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə zərəçəkmiş şəxs arasında barışıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1032 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X4 bədəni üzərində boyunun sağ yan səthinin 2(iki) ədəd sıyrıqları olmaqla küt əşyanın təsirindən törənmişdir, törəmə müddəti xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini və sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar