Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1999/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan(FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X1 Xəyal Tofiq oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində saat 10:11 radələrində Sumqayıt şəhər, 5-ci mikrorayon, Mirvari City yaşayış kompleksinə gələrək münaqişə yaradaraq sağ qulağından xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin polis sahə rəisi X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 10:11 radələrində Sumqayıt şəhər, 5-ci mikrorayon, Mirvari City yaşayış kompleksinə gələrək münaqişə yaradaraq sağ qulağından xəsarət yetirmişdir. Sözügedən xüsusatlarla bağlı Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir Şəhid ailəsi və müharibə veteranı olmasının nəzərə alınaraq ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, müharibə veteranıdır və iş üzrə özünü təqsirsiz bilir. 8 aydır ki, Zərərçəkmiş şəxs2 ilə ayrı yaşayır. Qarşı tərəf indiyə qədər dövlət orqanlarına çoxsaylı şikayətlər etmişdir. Anası ilə xx.xx.2025-ci il tarixində uşağı ilə görüşmək üçün Zərərçəkmiş şəxs2 evinə getmişdir. Belə ki, uşağı ilə görüşdə icra məmuru iştirak edə bilmədiyindən görüşü videoçəkilişlə etmişdir. Onlar çəkiliş apararaq liftdən düşüb qapını döymüş və qapını Sevincin xalası açmışdır. Daha sonra Sevinc qapıya gələrək icra məmurunun iştirakı olmadan uşaqla görüşə icazə vermədiyini bildirmişdir. Bundan sonra o, anası ilə liftə tərəf gedəndə Sevinc də anasıyla liftə girmiş və onlara xəsarət yetirmişdir. Bildirmişdir ki, o, Sevincə heç bir xəsarət yetirilməmişdir. Hətta anası Sevincin qabağına keçərək onu müdafiə etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, qarşı tərəflə barışmaq istəmir. Məhkəmədən təqsiri olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində uşaqla ünsiyyətə görə onun qapısına gəlmişdir. İlk dəfə idi ki, Xəyal uşağı görmək üçün onun yaşadığı evə gəlirdi, indiyə qədər görüşlər İcra İdarəsində olmuşdur. Belə ki, qapını xalası açmış və daha sonra özü gəlmişdir. Xəyalın çəkiliş etdiyini görüb etiraz edərək icazə vermədiyini bildirmişdir. Çünki icra məmurunun iştirakı olmadan uşaqla onun görüşməsini istəməmişdir. Həmçinin bildirmişdir ki, icra məmuru olmasa belə icra məmurunun adından yazılmış hər hansı sənəd olsa idi, uşağı atasına bir neçə saatlıq verə bilərdi. Bildirmişdir ki, Xəyal uşağı götürərək oğurlamaq istəmiş və liftə getmişdir. Hadisə zamanı Xəyal sağ əli ilə onun sağ qulağına yumruq zərbəsi vurmuş və saçını yolmuşdur. Həmçinin, boynuna əl ataraq cızıq atmışdır. Bundan sonra anasına çəkiliş etməsini bildirmiş, daha sonra DİN-in 102 Xidmətinə zəng vurmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, qarşı tərəf də razı olsa, onunla barışması mümkündür. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 10:11 radələrində Sumqayıt şəhər, 5-ci mikrorayon, Mirvari City yaşayış kompleksinə gələrək münaqişə yaradaraq sağ qulağından xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1026 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyunun sağ yan səthinin 2 (iki) ədəd sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilədi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1031 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ almacıq nahiyyəsinin sıyrığı. Törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti 3-cü PB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək döyülmələrini bildirmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, təxminən 3 il bundan öncə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurub. 8 ay bundan öncə isə boşanma ilə bağlı Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda işimiz məhkəmədə icraatdadır. Abşeron Məhkəməsi tərəfindən hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək olan vaxtda qızı X3 ilə görüş hüququ verilmişdir. Lakin Zərərçəkmiş şəxs2 Apellyasiya müraciəti edərək verilən 4 saata etiraz etmiş vaxtın çox olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi isə xx.xx.2025-ci il tarixli 16(105)-35/2025-ci il tarixli qərardadda isə şikayəti qismən təmin olunmuş və hər həftənin şənbə günü saat 11-dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Lakin icra məmuru həftənin şənbə günü iş olmadığı üçün özünün iştirak edə bilməyəcəyini tək getməyini bildirərək videokamera ilə çəkiliş aparmaqlarını istədi və əgər uşağın verilmədiyi təqdirdə isə protokollaşdırılaraq məhkəməyə göndərəcəyini dedi. Bunun əsasında bugünki tarixdə yəni xx.xx.2025-ci il tarixdə saat 11 radələrində anası Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 2 37B-yə ev ünvanına yaxınlaşdılar. Qapını döydükdən sonra qapı açıldı və hələ saat 11 olmadığını bildirdikdən sonra Sevinc icra məmurunun iştirakı olmadığı üçün qızının onunla görüşməsinə icazə vermədi. Bundan sonra aralarında mübahisə düşdü və Sevinc onun və anası Zərifənin üzərinə gələrək onun üz nahiyəmə cırmaq ataraq xəsarət yetirmişdir. Həmçinin həmin vaxt onun və anasının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın verdiyi 133124 nömrəli vəsiqədən görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, izahatları, ekspert rəyi və işdə olan digər sənədlər ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-in 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Hazırkı iş üzrə ilkin olaraq zərərçəkmiş şəxsin barışıq niyyəti olsa da, sonradan məhkəmə iclasında hər iki tərəfin barışıqdan imtina etməsi səbəbindən inzibati məsuliyyətdən azad etmə halı mövcud olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1999/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1999/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver