Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2/2022 17.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə xx.xx.1969-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 18 yanvar 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11723/2015 saylı, 18.12.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs 18.12.2015-ci ildən başlayaraq hər ay 100 manat aliment X1 üçün X2 ödənilməlidir. Ona görə də barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11723/2015 saylı, 18.12.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 18.01.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 18.01.2021-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol 31.03.2021-ci il tarixdə icraatıma daxil olmuşdur. Bundan əvvəl inzibati işinin baxışı zamanı iş üzrə dindirilməsi zəruri olan inzibati xəta törədən şəxs Şəxs heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlmədiyinə görə barəsində 22.04.2021-ci il tarixdə məcburi qaydada məhkəməyə gətirilməsi və iş üzrə icraat dayandırılması qərara alınmışdır. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, borclu Şəxs törətdi inzibati əmələ görə inzibati iş Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 22.04.2021-ci il tarixdə dayandırıldığından barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.0.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver