Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs X11, müdafiəçisi və nümayəndəsi “Güvən” vəkil bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Qida X2-X20 nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X6 xx.xx.2024-cü il tarixli, MN0011101 nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barədə qərarından X18 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 şikayət və şikayətə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli, MN0011101 nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barədə qərarın ləğv edilməsini, inzibati icraata xitam verilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X2 X20 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarla o, "xxxx" MMC-nin direktoru kimi 4000 manat şərti cərimə edilmişdir, ona görə ki, "xxxx" MMC tərəfindən edilmiş İD********** nömrəli xx.xx.2024-cü il tarixli müraciətlə ölkəyə idxal edilmiş qida məhsulları üçün (bitki yağı) istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələbləri həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli 3-44-2/2-813/24 nömrəli qərarında qeyd edilmişdir ki, “Günəbaxan yağı” adlı məhsulun təyinatının dəyişdirilərək qida sahəsi (çörək istehsalı sahəsi daxil olmaqla) istisna olmaqla, qeyri-qida sahələrində texniki məqsədlər üçün istifadəsi müsbət qiymətləndirilə bilər. Bundan sonra həmin qərarın tələblərinə uyğun olaraq o həmin məhsulları satmış, qida sahəsində istifadə etməmişdir. Daha sonra Azərbaycan Respublikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli № M 0924-18 nömrəli Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmiş, bu qərar isə ona xx.xx.2024-cü il tarixində elektron poçt ünvanı vasitəsilə çatdırılmışdır. xx.xx.2024cü il tarixində o, bu qərarın tələblərinə riayət etməməyi səbəbilə cərimə edilmişdir. Halbuki, onun cərimə edildiyi dövrdə bu qərar mövcud olmamış, hələ 2 ay sonra bu qərar qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Qida X2-X20 heç bir hərəkətlərinə tabesizlik göstərməmişlər. Beləliklə, xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barəsində qərarının heç bir hüquqi əsası yoxdur. Həmçinin, qəbul edilmiş qərarların heç biri vaxtında qanunauyğun olaraq ona çatdırılmamış, onun həmin qərarların mövcudluğundan çox sonra məlumatı olmuşdur. Daha sonra X3nun vəkili və nümayəndəsi Vəkil məhkəməyə şikayətə əlavə təqdim edərək Qida X2-X17 xx.xx.2024-cü il tarixli №M0924-18 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarın ləğv edilməsi və X11 barəsində inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan verilmiş şikayətini onunla əsaslandırmışdır ki, Qida X2-X20 xx.xx.2024-cü il tarixli 3-44-2/2-813/24 nömrəli qərarında qeyd edilmişdir ki, “Günəbaxan yağı” adlı məhsulun təyinatının dəyişdirilərək qida sahəsi (çörək istehsalı sahəsi daxil olmaqla) istisna olmaqla, qeyri-qida sahələrində texniki məqsədlər üçün istifadəsi müsbət qiymətləndirilə bilər. Bundan sonra həmin qərarın tələblərinə uyğun olaraq o, həmin məhsulları satmış, qida sahəsində istifadə etməmişdir. Lakin, heç bir yazılı və şifahi tələb olmadığı halda Agentlik tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli № M 0924-18 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair” qərar qəbul edilmiş, qərarda hansı tələblərin pozulması, X11 hansı qanunsuz hərəkətlərinə əsasən qəbul edilməsi göstərilməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə onun elektron ünvanına göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2312/2024 nömrəli qərarı ilə X11 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Qida X2 X20 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli qərarı və “Məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli №M0924-18 nömrəli qərarı ləğv edilərək, X18 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2312/2024 nömrəli qərarından Qida X2 X27 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(105)-546/2024 nömrəli qərarı ilə Qida X2 X20 apellyasiya şikayəti təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-2312/2024 nömrəli qərarı və xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Sumqayıt şəhər Məhkəməsində inzibati xəta barədə materiala hazırlıq iclasında baxılaraq, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X18 tərəfindən Azərbaycan Respublikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli, MN0011101 nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barədə qərarından verilmiş şikayət baxılması üçün icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmiş, Qida X2-X20 xx.xx.2024-cü il tarixli, M0924-18 nömrəli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi” barədə qərarından verilmiş şikayət icraata qəbul edilməyərək əlavə edilmiş sənədlərlə geri qaytarılmış, X13 həmin qərardan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Məhkəmə iclasında X3 şikayətin mahiyyətinə uyğun izahat verərək, müdafiəçi Vəkil izahatı ilə razı olduğunu, Qida X2-X20 xx.xx.2024-cü il tarixli, MN0011101 nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barədə qərarının ləğv edilməsini, inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X11 müdafiəçisi və nümayəndəsi Vəkil bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar şikayətçi tərəfindən xx.xx.2024-cü il tarixdə əldə edilmişdir. 20 may 2024-cü il tarixli inzibati qərar isə ümumiyyətlə rəsmi qaydada təqdim edilməmiş, xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərar 20 may 2024-cü il tarixli inzibati qərarın icra edilməməsi nəticəsində qəbul olunmuşdur. Halbuki, X13 xx.xx.2024-cü il tarixli qərar təqdim edilməmiş, onun həmin qərar barədə məlumatı olmamışdır. Hazırda xx.xx.2024-cü il tarixli qərardan Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilmiş və qeyd edilən şikayət İnzibati Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bundan başqa, Agentliyin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Vidadioğlu MMC tərəfindən məhsul qeyri-qida sahəsində istifadə edilməsi üzrə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanaraq satılmışdır. 20 may 2024-cü il tarixli inzibati qərar xx.xx.2024-cü il tarixli, 3-44-2/2-813/24 nömrəli məktubla ziddiyyət təşkil edir. 20 may 2024-cü il tarixli qərarda ölkədən kənara geri qaytarma tələbi verildiyi halda, xx.xx.2024-cü il tarixli, 3-44-2/2-813/24 nömrəli məktubunda isə müsbət qiymətləndirilə bilər fikri qeyd olunub. Həmin məktub əsasında da MMC tərəfindən məhsul satılmışdır. Bundan başqa, eyni zavoddan idxal edilmiş məhsulun ayrı-ayrı vaxtlarda gətirilmiş məhsullara dair idxal sağlamlıq aktı uyğun olduğu halda, hazırki günəbaxan yağına dair laboratoriyada uyğunsuzluq barədə rəy verilməsinin səbəbi onlara naməlumdur. (Həmin idxal sağlamlıq aktlarını məhkəməyə təqdim etmişdir.) Bundan başqa, müdafiəçi hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respulikası Qida X2-X20 nümayəndəsi X12 izahatında bildirmişdir ki, məhsulun geri qaytarılması, məhv edilməsi və ya utilizasiyasına dair Bölmənin xx.xx.2024-cü il qərarından X11 məlumatı olmuş, həmin qərar "xxxx" MMC-nin Məhəmməd adlı işçisinin sistemdə olan telefon nömrəsinə göndərilmiş, şikayətçi həmin qərardan məlumatı olduqdan sonra xx.xx.2024-cü il tarixdə Bölməyə ərizə ilə müraciət edərək məhsulun heyvandarlıq-quşçuluq təsərrüfatında, texniki məqsədlər üçün və ya hər hansı başqa texniki məqsədlər üçün istifadəsinə və ya satışına razılıq verilməsini xahiş etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərar "xxxx" MMC-nin işçisi Leyla Babaşovanın elektron adresinə göndərilmişdir. Vidadioğlu MMC tərəfindən Agentliyə təqdim edilmiş hüquqi ünvan ünvan 2ioğlu.az, ərizəni dolduran şəxs kimi X14 qeyd edilmişdir. Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli qərar MMC-nin hüquqi ünvanına göndərilmiş, lakin, məktub geri qayıtmışdır. MMC hansı ünvanı qeyd edirsə Agentlik də həmin ünvana məktubları göndərir. Həmçinin, Vidadioğlu MMC tərəfindən indiyədək alqı-satqı müqaviləsinə dair hər hansı sənəd Agentliyə təqdim edilməmişdir. İş üzrə müddətin keçməsinə münasibətdə bildirmişdir ki, məsuliyyətə cəlbetmə müddəti keçəmiş, inzibati xətaya dair xx.xx.2024-cü il tarixdə protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə şərti cərimənin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Sumqayıt şəhər Məhəməsi tərəfindən ləğv edilməsinə baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-ci tarixində Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərar yenidən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, bu işlə bağlı heç bir müddətin ötməsi halı yoxdur. Göstərilən halları nəzərə alaraq nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qida X2 X20 xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barəsində qərarına əsasən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İD**********, nömrəli müraciət ilə ölkəyə idxal olunan günəbaxan yağı məhsulu üçün çıxarılmış M0524-23 nömrəli xx.xx.2024-cü il tarixli qida məhsullarının geri qaytarılması, məhv edilməsi və ya utilizasiyası qərarının icra edilməməsinə görə vəzifəli şəxs X4 Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir. Azərbaycan Respulikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli, 3-44-2/2-667/204 nömrəli məktubuna əsasən Qida X2 X20 xx.xx.2024-cü il tarixli MN0011101 nömrəli şərti inzibati cərimə tətbiq edilməsi barədə qərarı X13 rəsmi qaydada göndərilmişdir. Sözügedən qərar X18 tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi olaraq əldə edilmişdir. Azərbaycan Respulikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli, M-0524-23 nömrəli qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və utilizasiyası haqqında qərara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan bütün məhsul partiyalarına idxal sağlamlıq aktının verilməsindən imtina edilmişdir. Azərbaycan Respulikası Qida X2-X20 aparıcı məsləhətçisi X19 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İD********** nömrəli müraciətlə Rusiya Federasiyasından idxal edilmiş günəbaxan yağı məhsulu üçün çıxarılmış M0524-23 nömrəli, xx.xx.2024-cü il tarixli qida məhsullarının geri qaytarılması, məhv edilməsi və ya utilizasiyası qərarının icra edilməməsinə görə vəzifəli şəxs X18 tərəfindən Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qida X2-X20 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ********** nömrəli müraciəti ilə ölkəyə idxal edilmiş günəbaxan yağı adlı qida məhsulunun laborator analiz nəticələrinin uyğunsuz çıxması ilə bağlı xx.xx.2024cü il tarixli 3-44-2/1-445/25 nömrəli müraciətə Agentliyin X10ndə baxılmış, həmin məhsulun təyinatının dəyişdirilərək qida sahəsi (çörək istehsalı sahəsi daxil olmaqla) istisna olmaqla, qeyri-qida sahələrində texniki məqsədlər üçün istifadəsi müsbət qiymətləndirilə bilər. Göstərilənləri nəzərə alaraq müvafiq addım atılması və analoji hallarda mövcud rəyin nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respulikası Qida X2-X20 xx.xx.2024-cü il tarixli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İD********** nömrəli müraciət ilə ölkəyə idxal olunan günəbaxan yağı məhsuluna idxal sağlamlıq aktının verilməsi üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciətlə idxal olunan nəzarət edilməli məhsul dövlət nəzarət orqanının nəzarəti olmadan istifadə edilmişdir. Məhsul partiyasından 20258 kq günəbaxan yağı məhsulunun 30 gün müddətində geri çağrılması və bu barədə Agentliyin X8 məlumat verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar X16 arasında “Bloqayar” markalı yağ məhsullarının qeyri-qida məqsədləri üçün alqı-satqısına dair müqavilə bağlanmışdır. "xxxx" MMC tərəfindən Qida X2-X23 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda MMC ilə X16 arasında alqı-satqı müqaviləsinin bağlanmasına dair məhsulun satışı ilə əlaqədar satışdan öncə məlumat verilməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktında xx.xx.2024-cü il tarixli -yəni gələcəkdə tərtib olunacaq elektron qaiməyə istinad edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Qida X2-X20 nümayəndəsi X12 tərəfindən disk və fotoşəkillər əlavə edilmişdir. Həmin disk və fotoşəkillərdən görünür ki, Agentlik tərəfindən qəbul edilmiş qərarlar leyla.babashova@vidadioğlu.az mail ünvanına göndərilmişdir. İşin məhkəmə baxışı zamanı təqdim edilmiş X1 informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin məlumatlarına dair ərizəni dolduran şəxs X14, Agentliyə təqdim edilmiş hüquqi ünvan: ünvan 4dioğlu.az; mobil nömrə (+994)77-321-88-09 kimi qeyd edilmişdir. Məhkəmə baxışında təqdim edilmiş X18 tərəfindən Qida X2-X23 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, İD********** nömrəli müraciətlə sistemə daxil olmuş məhsulda uyğunsuzluq aşkar edilmiş, məhsulun heyvandarlıq-quşçuluq təsərrüfatında, texniki məqsədlər üçün və ya hər hansı başqa texniki məqsədlər üçün istifadəsinə və ya satışına razılıq verilməsi xahiş edilmişdir. Həmin məktuba cavab olaraq Qida X2-X20 xx.xx.2024-cü il tarixli 3-44-2/2-570/24 nömrəli məktubunda qeyd edilmişdir ki, tərkibində misin miqdarının çox olması səbəbindən uyğunsuzluq aşkar edilmiş günəbaxan yağının utilizasiya olunaraq heyvanların qidalanmasında bu və ya digər formada istifadəsində misin heyvan orqanizmində funksional təsirləri nəzərə alınmalıdır. Belə ki, mis mikroelement kimi heyvan orqanizmində bir sıra fizioloji-biokimyəvi proseslərdə aktiv iştirak etdiyindən onun rasionun tərkibində optimal miqdarda olması heyvan sağlamlığı baxımından əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq məsələyə münasibət bildirilməsində MMC tərəfindən günəbaxan yağının utilizasiyası ilə bağlı proseslərin mahiyyəti (texnoloji üsulu, əldə olunacaq yem məhsulunun növü və xarakteristikası və s.) barədə məlumat təqdim edilməsi zəruri hesab edilir. Məhkəmə iclasında şikayət verən şəxsin müdafiəçisi Vəkil tərəfindən təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemindən çıxarışdan görünür ki, Vidadioğlu MMC-də Babaşova Leyla Rəvan qızı ofis meneceri vəzifəsində işləyir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X6 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respulikası Qida X2- X20 xx.xx.2024-cü il tarixli, M-0524-23 nömrəli qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və utilizasiyası haqqında qərar qəbul edilmiş və həmin qərarın icra edilməməsi səbəbindən "xxxx" MMC-nin baş direktoru X18 İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində şərti olaraq inzibati cərimə edilmişdir. Qeyd edilən qərar Vidadioğlu MMC-yə məktub vasitəsilə və eyni zamanda leyla.babashova@vidadioğlu.az elektron poçt ünvanına göndərilmişdir. Daha sonra "xxxx" MMC Qida X2-X20 xx.xx.2024-cü il tarixli məktubuna əsaslanaraq fərdi sahibkar X16 ilə 20258 kq günəbaxan yağı məhsulunun alqı-satqısına dair xx.xx.2024-cü il tarixdə müqavilə bağlamışdır. Müqavilə bağladıqdan sonra xx.xx.2024-cü il tarixdə Agentliyə məhsulun satışından öncə məlumat verilməsinə dair məktub tərtib edilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən olunur ki, X11 xx.xx.2024-cü il tarixli qərardan məlumatı olmuş və bundan sonra xx.xx.2024-cü il tarixdə Agentliyə məhsulun heyvandarlıqquşçuluq təsərrüfatında, texniki məqsədlər üçün və ya hər hansı başqa texniki məqsədlər üçün istifadəsinə və ya satışına razılıq verilməsinə dair müraciət edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, inzibati orqan MMC tərəfindən ona təqdim edilmiş hüquqi ünvana və elektron poçt ünvanına sənədlərin göndərilməsini təmin etmişdir. Məhkəmə Vidadioğlu MMC ilə X16 arasında bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktında xx.xx.2024-cü il tarixli -yəni gələcəkdə tərtib olunacaq elektron qaiməyə istinad edilmiş və məhsulun müqabilində alıcıya pulun ödənilməsi təqdim edilən sənədlərdən müəyyən edilməmişdir. Qeyd edilən müqavilə xx.xx.2025-ci il tarixdə bağlansa da, MMC müqavilə bağlandıqdan sonra xx.xx.2024-cü il tarixdə Agentliyə məhsulun satışından öncə məlumat verilməsinə dair məktub tərtib etmişdir. Göründüyü kimi, MMC xx.xx.2024-cü il tarixdə alğı-satqı müqaviləsini imzalasa da, xx.xx.2024-cü il tarixli məhsulun satışından öncə məlumat verilməsi haqqında məktub tərtib etmiş, həmin məhsulun qeyri-qida sahəsində istifadəsi barədə Agentliyin müsbət rəyini almadan, alqı-satqı müqaviləsinin bağlanmasına dair öncədən məlumat verməmişdir. Məhkəmə, həmçinin şikayətçinin müdafiəçisi Vəkil müddətin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Qida X2-X27 tərəfindən xx.xx.2024-cü il tarixdə X11 əməlində inzibati xəta aşkar edilməsi ilə əlaqədar protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə sonuncu barəsində vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 manat məbləğində şərti cərimə tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edilən qərar Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilsə də, həmin qərar qanuni qüvvəyə minməmiş və apellyasiya qaydasında ləğv edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətdə göstərilən hallar barəsində qərar qəbul edilmiş şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə göstərilən qanun normalarına və məhkəmə araşdırmasına əsasən belə nəticəyə gəlir ki, X11 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X11 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X6 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X6 xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver