Məhkəmə qərarları › İş №3(060)-20/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-20/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-20/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Mehtiyeva Mahirə Xasay qızının vəkili 1 saylı Vəkil Bürosunun vəkili X5, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X6 iştirakları ilə, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsininrəisi v.m.i.e X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Mehtiyeva Mahirə Xasay qızının vermiş olduğu şikayətə baxaraq, müəyyən etdi: Mehtiyeva Mahirə Xasay qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsininrəisi vəzifəsini müvəqqəti icra edən X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Qərardan şikayətdən görünür ki, Mehtiyeva Mahirə Xasay qızı ünvan 1 ünvanında yerləşən əmlak kompleksində fərdi sahibkar olaraq icarə müqaviləsi əsasında ictimai iaşə fəaliyyəti göstərir və vaxtında dövlət büdcəsinəvergi və dövlət sosial sığorta haqlarını ödəyir.COVİD19 pandemiyasının yayıldığı müddətdən sonra daimi olaraq Nazirlər Kabinetinin göstəriş və tövsiyyələrinə ciddi şəkildə əməl edərək obyektin girişində dezinfeksiyaedici maddələr, otaqların sayı və ölçüsü. Həmçinin müştərinin sayıhəddi, ara məsafəsi göstərilən tablo qoyulmuş,xidmət göstərən personalın maska və əlcəklə təmin olunması təmin edilmişdir. 14.10.2020-ci il tarixdə 4 nəfər şəxs obyektə daxil olaraq özlərini Azərbaycan Respublikası Qida təhlükəsizdliyi Agentliyinin əməkdaşları kimi qələmə verərək əmək müqaviləsi əsasında obyektdə fəaliyyət göstərən Nəcəfquliyev nərman həmin şəxslərdən xidməti vəsiqələrini göstərməyi tələb etmişdir.lakin həmin şəxslər xidməti vəsiqələrini təqdim etməmiş və böhtan xarakterli məlumatlar səsləndirməklə guya obyektdə müştəriləin say həddinə uyğun əyləşmədiklərini bəhanə gətirərək protokol yazırmış kimi A4 vərəqəində qeydlər aarmağa başlamışlar, videoçəkilişin olduğunu bildikdən sonra isə ərazidən uzaqlaşaraq 90 PG173 dövlət nömrə nişanlı avtomobilə minmişlər.daha sonra isə heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmidir.Odur ki,qəbul olunmuş həmin qərarın ləğv edilməsini Məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Mehtiyeva Mahirə Xasay qızının vəkili X8 bildirdi ki, 14.10.2020-ci il tarixdə 4 nəfər şəxs vət.Mehtiyeva Mahirə Xasay qızının ünvan 1 ünvanında yerləşən əmlak kompleksində fərdi sahibkar olaraq icarə müqaviləsi əsasında ictimai iaşə fəaliyyəti göstərdiyi obyektə daxil olaraq özlərini Azərbaycan Respublikası Qida təhlükəsizdliyi Agentliyinin əməkdaşları olduqlarını bildirərək əmək müqaviləsi əsasında həmin obyektdə fəaliyyət göstərən Nəcəfquliyev Nərmanın həmin şəxslərdən xidməti vəsiqələrini göstərməyi tələb etməsinə baxmayaraq xidməti vəsiqələrini təqdim etməmiş və böhtan xarakterli məlumatlar səsləndirməklə guya obyektdə müştəriləin say həddinə uyğun əyləşmədiklərini bəhanə gətirərək protokol yazırmış kimi A4 vərəqəsində qeydlər aarmağa başlamışlar, videoçəkilişin olduğunu bildikdən sonra isə ərazidən uzaqlaşaraq 90 PG173 dövlət nömrə nişanlı avtomobilə minmişlər.Nəcəfquliyev nəriman həmin şəxslərə əgər akt tərtib etmişlərsə həmin aktla tanış olmaq səlahiyyətlərinin olduğunu bildirərək aktın onlara təqdim olunmasını və həmin aktı oxuyub tanış olduqdan sonra imzalamaq və ya imzalamaqdan imtina edərək qeydlərəini bildirmək hüquqlarının olduğunu desə də həmin şəxslər ona məhəl qoymadan avtomobilə əyləşərək ərazin tərk etmişlər.Bundan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən Mehtiyeva Mahirə xasay qızı barəsində MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qanunsuz və əsassız qırar qəbul edilmişdir. Həmçinin tərtib olunmuş aktla məhkəmə iclsaında tanış olarkən orada guya aşkar olunmuş pozuntununu müştərilər arasında ara məsafəsinin gözlənilmədiyii qeyd olunsa da, tərtib olunmuş inzibati xəta haqqında 14.10.2020-ci il tarixli ******* saylı protokolda isə pozuntunun qoruyucu vasitələrdən istifadə olunmaması protokolun tərtib olunmasına əsas olmuş pozuntu olaraq göstərilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsininrəisi v.m.i.e X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında isə epidemiya əleyhinə rejim və sanitar gigiyenavə karantin qaydasının pozulması öz əksini tapmışdır.Özünü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları olaraq təqdim etmiş şəxslərin qanunsuz əməlləri obyektin işçiləri tərəfindən mobil telefonun videokamerası tərəfindən videoyazıya alınmışdır və həmin çəkilişi özündə əks etdirən CD diski məhkəməyə təqdim edirlər. Həmçinin həmin CD diskdəki videogörüntüdə özünü X1 əməkdaşları kimi təqdim edən şəxslərin xidməti vəsiqələrəini təqdim etməməsi, onlardan dəfələrlə israrla kabinetlərə nəzər salınaraq orada müştərilərin olmamasının deyilməsinə baxmayaraq kabinetlərə baxmamaları, həmçinin aktı tərtib etdikdən sonra həmin aktı heç kimə göstərmədən və tərəfləri tanış etmədən müvafiq rəsmiləşdirmə aparmadan tələsik obyekti tərk edərək getmələrinin öz əksini tapdığını, bununla da qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu bildirdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Mehtiyeva Mahirə Xasay qızının vəkili 1 saylı Vəkil Bürosunun vəkili X8 bütün bunları əsas gətirərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsininrəisi v.m.i.e X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndəsi X9 bildirdi ki, 14 oktyabr 2020-ci il tarixində onun da daxil olduğu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin dörd nəfər əməkdaşı tərəfindən ünvan 1 ünvanında yerləşən əmlak kompleksində yerləşən ictimai iaşə obyektində reyd zamanı obyektin kabinetinin birində 5 nəfər müştərinin olduqca yaxın məsafədə ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunduğundan tərəflərindən bu barədə müvafiq akt tərtib olunmuşdur. Lakin həmin şəxslərin yüksək ranqlı məmurlar olması səbəbindən çəkiliş aparmamış və fotoşəkil çəkməmişlər.Bu səbəbdən də qeyd olunan halı təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim edə bilmirlər. 14.10.2020-ci il tarixində isə İnzibati xətaya dair protokol tərtib olunarkən isə səhvliyə yol verilərək inzibati xəta haqqında protokolun tərtib olunma səbəbi olaraq qoruyucu vasitələrdən istifadə olunmaması göstərilmişdir.Qərar qanuni və saslı olduğundan qəbul edilmiş qərarın ləğv edilməməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş X4 izahatında bildirdi ki, əmək müqaviləsi üzrə ünvan 1 ünvanında yerləşən restoranın müdiri işləyir. 14.10.2020-ci il tarixdə hazırda Məhkəmə iclasında iştirak edən Balayev Pərvin də daxil olmaqla 4 nəfər şəxs obyektə daxil olaraq özlərini Azərbaycan Respublikası Qida təhlükəsizdliyi Agentliyinin əməkdaşları kimi qələmə vermişlər. Həmin şəxslərə restoranın müdiri olduğunu desə də və həmin şəxslərdən AQTA-nın əməkdaşları olmalarına dair xidməti vəsiqələrini təqdim etmələrini desə də həmin şəxslər bundan imtina edərək heç bir əsas və səbəb göstərmədən əyləşərək A4 vərəqəsində hansısa akt tərtib etmişlər. Videoçəkilişlə həmin şəxslərə kabinetləri açıb göstərərək heç bir müştəri olmadığını desə də və sanitar epidemiologi karanatin qaydalarına tam riayət etdiklərini desə də həmin şəxslər buna heç bir məhəl qoymadan nə isə vərəqədə yazaraq və daha sonra onları həmin yazdıqları ilə tanış etmədən avtomobilə minərək ərazidən uzaqlaşmışlar. İş materiallarında olan 14.10.2020-ci il tarixli aktın surətindən görünür ki,həmin tarixdə saat Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Pərvin Balayev, Roman Əhmədzadə, Cavad Cavadov və Toğrul Tağıyev tərəfindən ünvan 1 ünvanında yerləşən “Simurq” restoranında monitorinq keçirilən zaman Nazirlər Kabinetinin 06.07.2020-ci il tarixli 237 saylı qərarının 2.2-ci maddəsinin pozulduğu, restoranın kabinetində beş nəfərin bir masa arxasında ara məsafəsi gözləmədən oturmalarının aşkar olunduğu aktda öz əksini tapsa da iş materiallarına əlavə olunmuş 14.10.2020-ci il tarixli inzibati xəta haqqında 04077368 saylı protokoldan isə görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas “Simurq” restoranının əməkdaşları tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə olunmaması qeyd olunmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Mehtiyeva Mahirə Xasay qızının vəkili X8 tərəfindən təqdim olunmuş CD diskdəki videoçəkilişdən görünür ki, Azərbaycan Respublikası Qida Thlükəsizliyi Agentliyinin nümayəndələri masa arxasında əyləşərək sənəd tərtib edirlər. Restoranın əməkdaşı videoçəkiliş apararaq həmin şəxslərə kabinetlərin boş olduğunu bildirir və kabinetlərə baxmağa dəvət edir. Kabinetlərdə videoçəkiliş aparır. Videoçəkilişdə həqiqətən də restoranını kabinetinin boş olduğu görünür. Lakin gələn şəxslər tərəfindən kabinetlərə baxış keçirilmir. Həmçinin restoranın əməkdaşları tərəfindən fərdi qoruyucu vasitələrdən istifadə olunduğu restoran əməkdaşı tərəfindən bildirilir. Agentliyin nümayəndələri deyilənlərə heç bir reaksiya bildirmədən yazını bitirdikdən sonra özünü restoranın müdiri kimi təqdim etmiş Nəcəfquliyev Nəriman həmin şəxslərə yazılmış sənədlə tanış olmaları üçün təqdim edilməli olduğunu israrla bildirsə də həmin şəxslər avtomobilə minərək restorandan uzaqlaşırlar. Beləliklə də, Məhkəmə araşdırması zamanı vət.Mehtiyeva Mahirə Xasay qızı tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yol verilməsi iş materialları, şahid ifadəsi və digər sənədlər ilə təsdiqini tapmamışdır.İş materiallarından da göründüyü kimi monitorinq zamanı tərtib olunmuş aktda müştərilər arasında ara məsafəsinin gözlənilməməsi aktın tərtib olunmasına əsas olmuş pozuntu olaraq göstərilsə də, inzibati xəta haqqında protokolda isə fərdi qoruyusu vasitələrdən istifadə olunmaması öz əksini tapmışdır.Q\rardan şikayət vermiş tərəfin vəkili tərəfindən təqdim olunmuş videoçəkilişdən isə görünür ki, X2 gələn nümayəndələrə çəkiliş vasitəsi ilə kabinetlərə baxış keçirilməsi təklif olunsa da onlar bundan imtina edərək və heç bir münasibət bildirməyərək akt tərtib etməkdə davam edirlər və aktı tərtib etdikdən sonra isə onu restoranın əməkdaşlarından heç kimə təqdim etməyərək və tanış olmalarına imkan yaratmayaraq restorandan çıxıb gedirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizli Agentliyinin nümayəndəsi absurd fikirlər səsləndirərək kabinetdə müştərilərin olduqca yaxın məsafədə ara məsafəsini gözləmədən əyləşdiklərini bildirsə də həmin şəxslər yüksək ranqlı məmurlar olduğundan, bu səbəbdən də çəkiliş aparmadıqlarını və sübutları təqdim edə bilmədiklərini Məhkəmədə bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və inzibati xəta törətməkdə şəxsin təqsiri İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardır. X11 Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən nzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Beləliklə də Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsininrəisi v.m.i.e X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdim:

1. Şikayət təmin edilsin. 2.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi v.m.i.e X3 MN 04577899 nömrəli 29 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı inzibati xəta hadisəsi olmadığından ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 3.Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar