Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-20/2024 19.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Bağırov Tural Arif oğlunun iştirakı ilə Sumqayıt şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan X9 Arif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X9 Arif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bağırov Tural Arif oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X1 məxsus olan etibarnamə ilə idarə etdiyi Mercedes Benz C230 minik AZ 99-60-230 dövlət nişanlı avtomobilə xx.xx.2023-cü il tarixində heç bir xəbəri olmadan Sumqayıt şəhər Polis idarəsi X13 Xidməti Sülh Koroğlu küçələrinin kəsişməsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 327.2 bəndinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 80 (səksən) Azn pul cəriməsi və 3 bal yazılmışdır. Qərar №-si TP6171649 Protokol №si İXP 5903402. X1 məxsus olan Mercedes Benz C230 minik AZ **-BO-*** dövlət nişanlı avtomobili daima o idarə edir və qeyd olunan ünvanda Sülh Koroğlu küçələrinin kəsişməsində Svetoforun və ya rıizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməmişdir. Qeyd olunan yerdə TŞK-sı və DİN- nə məxsus kameralarla hərəkətə nəzarət olunur. Protokoldan xx.xx.2023-cü il tarixində Asan ödəniş sistemində ona məxsus olan şəxsi kabinet vasitəsi ilə xəbəri olmuşdur. Asan ödəniş sistemində ona məxsus olan şəxsi kabinetdə Protokol №si İXP ******* bölümündə qaydanı pozmasını sübut edən Foto, Video, Sənəd yerləşdirilməyib və yoxdur . Protokol №si İXP ******* tərtib olunması ücün heç bir Foto, Video sənədin olmaması Protokolun qeyri-qanuni tərtib olunmasını sübut edir. xx.xx.2023cü il tarixində Sumqayıt şəhər Polis idarəsi X13 Xidməti Sülh Koroğlu küçələrinin kəsişməsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 327.2 bəndinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 80 (səksən) Azn pul cəriməsi və balı Protokol №si İXP ******* əsasında xx.xx.2023-cü il tarixli TP6171649 №-li Qərarın ləvğ olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Bağırov Tural Arif oğlu şikayət ərizəsini müdafiə edərək təmin edilməsini, xx.xx.2023-cü il tarixli TP6171649 №-li qərarın ləğv edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı X10 bildirdi ki, Bağırov Tural Arif oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində protokol tərtib edilmişdir. Həmin xəta ilə bağlı videogörüntü olsa da bir ay keçdiyinə görə həmin görüntülər hazırda yoxdur. Buna görə də hazırda təqdim edə bilmirlər. Lakin növbəti məhkəmə iclasında həmin videogörüntüləri təqdim etməyə çalışacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi X12 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərara əsasən Bağırov Tural Arif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ƏN-Vİ№ 648825 saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2029-cu il tarixədək qüvvədə olan etibarnamənin surətindən görünür ki, X3 tərəfindən “Mercedes Benz C230 minik” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ Bağırov Tural Arif oğluna verilmişdir. İş materiallarında olan fotoşəkillərin surətindən görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi Sülh-Koroğlu küçələrinin kəsişməsində şəhər təhlükəsizlik kameraları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər X12 Şöbəsi tərəfindən videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da Sumqayıt şəhər X12 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bağırov Tural Arif oğlunun şikayətində görstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bağırov Tural Arif oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-20/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-20/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver