Məhkəmə qərarları › İş №3(060)-20/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-20/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-20/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Günəşov Sübhan Lətif oğlunun iştirakı ilə Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan X5 Lətif oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Lətif oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın və cərimənin üzərinə hesablanmış dəbbə pulunun ləğv edilməsini xahiş etmişdir. Günəşov Sübhan Lətif oğlu ərizəsini onunla əsaslandırmışdır ki, barəsində tərtib olunmuş protokol qanunsuzdur. İdarə etdiyi “MERCEDES BENZ AXOR 1843” yük markalı, **-AC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı Quba yolu ilə hərəkət edən zaman İİ Tağım YPX inspektoru polis baş serjantı Zamik Məmmədov ona «saxla» əmri vermiş, o, “saxla” əmrinə riayət etmiş, avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru Zamik Məmmədov yükü tərəziyə qaldırdıqdan sonra guya yük maşının götürdüyü yükün çəkisi icazə verilən normalara zidd olduğunu bildirərək şifahi olaraq, heç bir qəbz vermədən çəkinin 41 ton 380 kq olduğunu qeyd etmiş, lakin o, Quba rayonu Qaraçay kəndi Azəravtoyolun nəzdində olan 5 saylı Çınqıl zavodunda yüklə çıxarkən yükün 25550 kq olmasını, çəkinin 40640 kq təşkil etdiyini YPX inspektoruna bildirmişdir. O, həmin ərazidən ayrılaraq maşını iki dəfə olmaqla gömrük və Nardaran qəbul məntəqəsində çəkdirmiş, hər iki yerdə çəkinin 40540 kq olduğunu müəyən edilmişdir. Bildirir ki, idarə etdiyi avtomobilin yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydalar”nın “Qoşqulu avtoqatarlar üçün” 3.2.-ci maddəsinə, yəni “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 ton” tələbinə tam uyğundur. Çəkiyə dair hər iki çekdə, yəni Nardaran HİMALAY BETON zavodu və “AZƏRAVTOYOL”-un 5 nömrəli çınqıl zavodunda tərəziyə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin qəbzləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Yol patrul xidməti haqqında təlimatın 4-cü maddəsinin 7-ci bəndinə əsasən, “YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır” Halbuki, protokol tərtib olunan zaman DYP əməkdaşı öz xidmətini düzgün təşkil etməmiş, onun üçün məcburi olan təlimatdan kənara çıxaraq özbaşınalıq etmiş, bu azmış kimi ona qanunsuz yazdığı protokolu belə təqdim etməmişdir. Protokolu sonradan AR BDYPİ-nə ərizə ilə müraciət etdikdən sonra ala bilmişdir. Əgər təlimata uyğun hərəkət etmiş olsaydı onunla inspektor arasındakı dialoq, hadisənin video görüntüsü olmuş olacaq idi. Ondan yükün boşaldılması tələb olunacaqdı. Bunların olmaması və inzibati orqanın əlavə sübut təqdim etməməsi birbaşa onun xeyrinə həll olunmalıdır. Təlimatın 6.5.1-ci bəndinə əsasən əməkdaşların xidmət aparmağa hazır olduğuna, o cümlədən patrul avtomobillərində quraşdırılan videokameranın və məsafədən səs ötürən mikrofonun işlək vəziyyətdə olmasına əmin olmalı və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir. Həmin təlimatın 6.9-cu bəndinə əsasən Patrul avtomobillərində quraşdırılan videokamera və məsafədən səs ötürən mikrofon işlək vəziyyətdə olmadıqda həmin avtomobillərdə xidmətin aparılması yolverilməzdir. Belə avtomobillərdə xidmətin aparılmasına görə müvafiq şəxslər məsuliyyət daşıyırlar. 8.1-ci maddəyə görə BDYPİ-nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. Həmin təlimatın 28.1-ci bəndinə əsasən Nizami polis hissəsinin qərargahının, inzibati qrupunun baş inspektorunun (inspektorunun) vəzifələri aşağıdakılardır: 28.1.2-ci bəndində görə yol-nəqliyyat hadisələrinin təhlilini aparmaq, hadisələrin baş vermə səbəb və şəraitini müəyyənləşdirib (konkret hallarda bu məqsədlə hadisələrin görüntüsü, hadisə yerinin fotoşəkli, uzaqdan səsötürən mikrafonun səsyazıst, hadisənin sxemi və s. istifadə edilə bilər) müvafiq informasiya və arayışlar hazırlayıb nizami polis hissəsinin komandirinə təqdim etmək...; Yol patrul xidməti haqqında təlimatın sadaladığı bəndlərindən də görünür DYP əməkdaşı öz xidmətini düzgün təşkil etməmiş, onun üçün məcburi olan təlimatdan kənara çıxaraq özbaşınalıq etmiş, bu azmış kimi ona qanunsuz yazdığı protokolu belə təqdim etməmişdir. Əgər təlimata uyğun hərəkət etmiş olsaydı onunla onun arasındakı dialoq, hadisənin videogörüntüsü olmuş olacaq idi. Bunların olmaması və inzibati orqanın əlavə sübut təqdim etməməsi birbaşa onun xeyrinə həll olunmalıdır. Sadalananları ümumiləşdirərək qeyd etmək istəyir ki, inspektor X3 barəmdə qəsdən, qərəzli olaraq qanunsuz və əsassız protokol tərtib etmiş, kifayət qədər kobud prosessual pozuntulara yol vermiş, xidməti fəaliyyətini lazımı formada təşkil etməyərək təlimatın və İXM-nin tələblərini pozmuş, 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilməsinə dair qanunsuz qərar qəbul etmişdir. Hörmətli Məhkəmə, xx.xx.2024-cü il tarixində Daxili İşlər Nazirliyi Baş X8i İdarəsinin xx.xx.2024-cü il tarixli, TP6583207 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında Sumqayıt şəhər Məhkəməsinin məhkəmə iclasında baxılaraq Baş X8i İdarəsinin yuxarıda qeyd edilən qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş X8i İdarəsinə göndərilməklə şikayətin qismən təmin olunması haqqında qərar qəbul edilmişdir. Hörmətli Məhkəmə, BDYPİ-də aparıan araşdırmadan sonra ona şəxsən sentyabr ayında Baş X8i İdarəsinin özünü qəsdən təqdim etməyə əməkdaşı zəng edərək bildirmişdir ki, Sübhan müəllim narahat olmayın, bizdən heç hara şikayət etməyin cərimənizi siləcəyik. O da bu zəngdən sonra BDYPİ-nin həqiqətən öz qanunsuz qərarını ləğv etmək istədiyini, İİ Tağım YPX inspektoru polis baş serjantı X2 Azərbaycan Respublikası vətəndaşı, zəhmətkeş sadə sürücüyə qarşı etdiyi qanuna zidd əməlin doğurdan da müəyyən edildiyini düşünmüşdür. Ancaq sən demə bütün bunlar vaxtı uzatmaq və barəsində həmin qərarı qanunsuz olduğu halda nəyinki ləğv etməmək, hətta xx.xx.2024-cü i tarixli inzibati tənbeh vermə haqqında yeni qərar çıxarmaq məqsədi ilə məqsədyönlü şəkildə həyata keçirilmişdi. Hörmətli Məhkəmə, bildirmək istəyir ki, Baş X8i İdarəsindən xx.xx.2024-cü il tarixində çıxan məktub ona xx.xx.2024-cü il tarixində poçtun əməkdaşı tərəfindən çatırılmışdır. Sübut olaraq ona məlum olmayan səbəbdən yaşadığı ünvana gec göndərilmiş məktubun zərfini ərizəsinə əlavə edir. Bildirmək istəyir ki, o, düz bir ay sonra yeni qəbul edilmiş qərardan xəbər tutmuşdur. Ərizəsinə Sumqayıt Regional Poçt Filialına etdiyim müraciətlə əlaqədar Sumqayıt RPF-nin rəisi Ədalət Əsgərovun sorğusuna № 11/72 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunu da əlavə edir. Yuxarıda sadaladığı halları nəzərə alaraq xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərar və cərimənin üzərinə hesablanmış dəbbə pulunun ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Günəşov Sübhan Lətif oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən Günəşov Sübhan Lətif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. - 127-1.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.” Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarda törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitəsi haqqında yuxarıda qeyd olunmuş göstərilməli olan məlumatlar öz əksini tapmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda qeyd olunan yük avtomobilində aşkar edilmiş çəkinin hansı miqdar olduğu, əslində yüklə birlikdə avtomobildə olan çəkinin hansı miqdar olmalı olduğu göstərilməmişdir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş zəruri sübutların təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X8 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 353.2-ci maddəsinə əsasən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Günəşov Sübhan Lətif oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Şikayətin dəbbə pulunun ləğv olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulunun mövcudluğu, məbləği barəsində şikayət verən şəxs sübutlarını məhkəməyə təqdim etmədiyindən şikayət həmin hissədə əsassız olunduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Günəşov Sübhan Lətif oğlunun şikayəti qismən təmin edilsin. Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar