Məhkəmə qərarları › İş №3(060)-2000/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2000/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2000/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs - X4 etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər 09.06.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən qərardan şikayət vermiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X6 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. İnzibati xəta barədə qərar qəbul edilərkən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta haqqında qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi X5 06 may 2021-ci il tarixli məktubla 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxılmasının 18 may 2021-ci il tarixə saat 15:00-a təyin edilməsi barədə məktub X4 ünvanına 19 may 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Məktub gec çatdırıldığından X4 inzibati xəta üzrə icraatda iştirakı mümkün olmamışdır. Ona görə də X4 barəsində 18 may 2021-ci il tarixli inzibati tənbeh vemə haqqında qərar qəbul edilmişdir. Həmin qərar 26 may 2021-ci il tarixdə X4 ünvanına daxil olmuşdur. İnzibati orqan tərəfindən tərtib edilmiş protokol və bildirişlər vaxtında göndərilsə idi inzibati icraatda şəxsin nümayəndəsinin, vəkilinin iştirakı təmin edilə bilərdi. Belə olan halda hazırki inzibati xətanı ardan qaldıran sübutların təqdim edilməsi mümkün ola bilərdi. İnzibati orqan bu hallara səthi yanaşmış və qanunvericiliyin tələblərini pozaraq əslində məktubu gec göndərmiş, bunun nəticəsində qərəzli qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində İXM-nin 483-cü “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla 20000 (iyirmi min) manat məbləğində valyutanın 50 faizi, yəni 10000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan qərardan şikayət vermiş şəxsin nümayəndəsinin şikayət ərizəsinə əlavə etdiyi poçt göndərişlərindən görünür ki, 06 may 2021-ci il tarixli məktubla 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxılmasının 18 may 2021-ci il tarixə saat 15:00-a təyin edilməsi barədə məktub X4 ünvanına 19 may 2021-ci il tarixdə, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar 26 may 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla tam araşdırılmamış, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin mövcud sübutlarını təqdim etməsi üçün kifayət qədər imkan yaradılmamışdır. Buna görə də həmin halların mövcudluğu iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X4 şikayəti qismət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X7 barəsində qəbul edilmiş 11000/0662 saylı, 18 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar