Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2000/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan X1 məxsus “Toyota Rav-4” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək göstərdi ki, tanışı X1 məxsus olan “Toyota Rav-4” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində işlədiyi Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən “Avto Yuma 044” yuyucu məntəqəsindən avtomobili yuduqdan sonra suyunu qurutmaq məqsədi ilə Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkətdə olarkən qarşısına uşaq çıxdığına görə idarə etməni itirərək avtomaşını ağaca vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Törətdiyi əməldən peşmandır. Ona görə də, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 izahat verərək bildirdi ki, X2 onun bacısının yoldaşıdır. xx.xx.2022-ci il tarixdə S.Hüseynov özünə məxsus “Toyota Rav-4” markalı, **-RX- *** dövlət qeydiyyat nişanlı avtomaşınını Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “044” avto yuma məntəqəsinə avtomaşını yuyulması üçün vermiş, orada yuyucu işləyən Şəxs avtomaşını yuduqdan sonra onun suyunu qurutmaq məqsədi ilə avtomaşını sürmüş və qarşısına maneə çıxdığına görə avtomaşını ağaca vuraraq S.Hüseynova 2650 manat məbləğində maddi ziyan vurmuşdur. Maddi ziyan məbləğinnən 2100 manat ödəmiş 550 manat məbləğində pulu isə gələcəkdə ödəyəcəyini bildirmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş İXP seriyalı ******* №-li, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, vəkilin çıxışı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs yol hərəkəti qaydasını pozaraq avtomaşınla toqquşmuş və yoxlama zamanı Şəxs sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2000/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2000/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver