Məhkəmə qərarları › İş №3(060)-2000/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2000/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2000/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Smqayıt şəhəri, 5-ci mikrorayon, "xxxx" MTK, ev 37B, mənzil 5/1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1 Sevinc Əlastan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs və oğlu X7 DİN-in 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət edərək Şəxs tərəfindən döyüldüklərini bildirmişlər. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər üç şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2025-ci il tarixli qərarla rədd edillmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X9 aralarında barışıq olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Xəyal Kərimov ilə rəsmi qaydada boşanma ərəfəsindədir. Məhkəmə qərarına əsasən Xəyala hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək olan vaxtda qızı Fatimə Kərimova ilə görüş hüququ verilmişdir. Lakin o, 4 saata görüş verildiyi üçün apellyasiya şikayəti vemrişdir. Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti qismən təmin olunmuş və hər həftənin şənbə günü saat 11-dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə isə icra məmuru olmadan saat 10:30 radələrində qayınanası Zərifə və Xəyal birlikdə onun yaşadığı ünvana gəlmişlər. Həmin vaxt həm saat 11 olmadığı, həm də icra məmuru olmadığı üçün uşağı verməkdən imtina etmişdir. Bu zaman qayınanası Zərifə uşağı qucağına alaraq liftə getmiş, Xəyal da onun ardınca liftə daxil olmuşdur. O da onların ardınca gələrək uşağını geri tələb etmiş, bu zaman Xəyal onun sağ qulaq nahiyəsindən zərbə endirmiş və saçını yolmuşdur. Qaynansı Zərifə də ona dəstək olaraq əli ilə qoluna zərbə vuraraq xəsarət yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs və X7 ilə barışmışdır, sonuncuların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, oğlu Xəyal ilə gəlini Sevinc rəsmi qaydada boşanmışlar. Abşeron rayon Məhkəməsinin qərarı ilə oğluna uşaqları ilə görüş hüququ verilmiş, lakin zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən hər həftənin şənbə günü saat 11dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində oğlu Xəyal Kərimov ilə birlikdə ünvan 2 37B-yə ev ünvanına yaxınlaşmışlar. Sevinc qapını açmış, lakin saat 11 olmadğı və icra məmuru iştirakı olmadığı üçün nəvəsinin onlarla görüşməsinə icazə verməmişdir. Bundan sonra onlar arasında mübahisə düşmüş, Sevinc onu və oğlu Xəyalın üzərinə gələrək onun sol qol və baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmçinin həmin vaxt onun və oğlunun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Lakin, hazırda barışmışlar, Hazırda Şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, Sevinc Həməzyevadan rəsmi qaydada boşanmaq üçün məhkəməə müraciət etmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsaəsn hər həftənin şənbə günü saat 11-dən 13-ə qədər icra məmuru vasitəsilə uşağın alınması və təhvil verilməsi ilə bağlı qərar qəbul edilmişdir. O və anası ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində ünvan 2 37B ünvanına getmişər. Qapını döydükdən sonra qapı açılmış və hələ saat 11 olmadığını bildirdikdən sonra Sevinc icra məmurunun iştirakı olmadığı üçün qızının onunla görüşməsinə icazə verməmişdir. Bundan sonra aralarında mübahisə düşmüşdür. Sevinc onu və anası Zərifənin üzərinə gələrək üz nahiyəsinə cırmaq ataraq xəsarət yetirmişdir. Həmçinin həmin vaxt o və anasının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Lakin, hazırda barışmışlar, Hazırda Şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə zərəçəkmiş şəxs arasında barışıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs və X5 döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1031 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində xəsarətlər: sağ almacıq nahiyyəsinin sıyrığı olmaqla küt əşyanın təsrindən yaranmışdır, törənmə müddəti xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1032 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Talib qızının bədəni üzərində xəsarətlər: sağ bazunun qançırı olmaqla küt əşyanın təsrindən yaranmışdır, törənmə müddəti xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Zərərçəkmiş şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxslər ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmalarını, onlar dəymiş ziyanın ödənilməsini və sonuncuya qarşı hər hansı şikayət və tələblərinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar