Məhkəmə qərarları › İş №3(060)-2001/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2001/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2001/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məəlləsinin 483-cü maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 12000/5106 saylı 16 may 2021-ci il tarixli qərarından X1 verdiyi şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 12000/5106 saylı 16 may 2021-ci il tarixli qərarından X1 verdiyi şikayət daxil olmuşdur. Şikayət icraata götürülmüş və baxılmağa təyin edilmişdir. Şikayət vermiş şəxs X2 cəriməni ödəməsi barədə qəbzlə birlikdə ərizə ilə məhkəməyə müraciət edərək verdiyi şikayətin və ona əlavə edilmiş materiallarının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsinə əsasən onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 12000/5106 saylı 16 may 2021ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 118ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məəlləsinin 483-cü maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 12000/5106 saylı 16 may 2021-ci il tarixli qərarından X1 verdiyi şikayəti icraata qəbul edilməsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar