Məhkəmə qərarları › İş №3(060)-2001/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2001/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2001/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, 10000-00075/23 saylı protokol tərtib edilmişdir ona görə ki, “yaşıl dəhliz” buraxılış sisteminin istifadəçisi olan, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına X4 qeydiyyatda olan “X7” şirkətindən 3343 nömrəli qatarla 102 vaqonda göndərilən 6136190,00 kiloqram çəkidə “xam palma yağı” yükü xx.xx.2022-ci il tarixli **********7336 nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirildikdən sonra alıcı şirkətin anbarına boşaldılmış və 26 yanvar 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postundan keçirilməklə boş halda Gürcüstana geri qaytarılmışdır. Lakin Gürcüstanın “Qardabani” dəmiryolu stansiyasında 3343 nömrəli qatarda olan vaqonlara baxış keçirilən zaman qatara daxil olan 50323864 nömrəli vaqonda Şəxs MMC-nin ünvanına göndərilmiş 29365 kiloqram palma yağının qalıqları olduğu müəyyən edilmiş və gömrük təminatı tətbiq edilməklə həmin vaqonda olan yük Azərbaycan Respublikasına geri qaytarılmışdır. Geri qaytarılmış yük 50323864 nömrəli vaqonda 23 iyun 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Böyük Kəsik” gömrük postuna çatdırılmış və protokol tərtib olunaraq postun ərazisində müvəqqəti olaraq saxlanılmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə inzibati xəta törədilməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10000-00075/23 saylı protokol ilə razıdır və həmin maddənin sansyiyası çərçivəsində olan aşağı həddə inzibati cərimə təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan gürcü dilində tərtib olunmuş 000706 nömrəli xx.xx.2023-cü il tarixli kommersiya aktından görünür ki, Gürcüstanın Qardabani dəmiryolu stansiyasına 2620 nömrəli qatarın tərkibində daxil olan 50323864 nömrəli vaqonda əvvəllər daşınmış yükün qalıqları aşkar edilmiş və çənin lyuk hissəsi plomblanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli pul köçürməsinə dair ödəniş sənədindən görünür ki, idxal olunmuş yükün dəyəri Şəxs MMC tərəfindən ixracatçı şirkətin bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 2620 nömrəli qatarın tərkibində daxil olan 50323864 nömrəli vaqonda gələn 29365 kiloqram çəkidə xam palma yağı yükü sənədləri olmadığı üçün “Böyük Kəsik” gömrük postunda saxlanılmışdır. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 2620 nömrəli qatarın tərkibində daxil olan 50323864 nömrəli vaqonda hər hansı bir yük ixrac edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/029 nömrəli xx.xx.2019-cu il tarixli və 1000/052 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamlarından görünür ki, Şəxs MMC-yə idxal və ixrac əməliyyatları üzrə “yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilmişdir. İş materiallarında olan inzibati xəta və cinayət xarakterli faktlar haqqında arayışdan görünür ki, Şəxs MMC daha öncədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/029 nömrəli xx.xx.2019-cu il tarixli və 1000/052 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamlarından görünür ki, Şəxs MMC-yə idxal və ixrac əməliyyatları üzrə “yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilmişdir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır. QİDA VƏ YAĞ FABRİKİ” MMC-nin təqsiri MMC-nin etibarnamə üzrə nümayəndəsinin etirafedici izahatı ilə və işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə tövsif edilmişdir, QİDA VƏ YAĞ FABRİKİ” MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə tutularaq X5 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar