Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2002/2022 01.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar İslamova (Məmədova) Elnarə Novruz qızının, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun iştirakları ilə, xx.xx.1980-cı ildə Ermənistan SSR, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 528.1-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2022 saylı icra sənədinə əsasən borclu Şəxs Məmmədzadə Duyğunun yetkinlik yaşəna çatana qədər 150,00 manat Elnarə Məmmədovaya verilməli olsada icra məmurunun icra sənədi ilə bağlı tələbini müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında protokol və materiallar 01 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2022 saylı icra sənədinə əsasən borclu Şəxs Məmmədzadə Duyğunun yetkinlik yaşəna çatana qədər 150,00 manat Elnarə Məmmədovaya verilməli olsada icra məmurunun icra sənədi ilə bağlı tələbini müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Borclu xx.xx.2022-ci il tarixdə icra idarəsinə olarkən ondan iltizam alınmış, söz vermişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhəri üzrə İcra idarəsində olacaq və borclu olduğu məbləğdən ödənişlər edəcəkdir, lakin o icra idarəsinə gəlməkdən boyun qaçırmış və söz verdiyi vaxtda icra idarəsinə gəlməmiş, sonra isə onunla telefon əlaqəsi saxlanılarkən o, 1-ci gün icra idarəsinə gələcəyini bildirmişdir. Bu gün o, icra idarəsinə gəlmiş, lakin borclu olduğu məbləğdən hər hansı bir məbləğdə ödəniş etməmişdir. Borclunun hal-hazırda 750,00 manat aliment borcu var. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İcra sənədi üzrə tələbkar İslamova (Məmmədova) Elnarə Novruz qızı izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2022 saylı icra sənədinə əsasən borclu Şəxs Məmmədzadə Duyğunun yetkinlik yaşəna çatana qədər 150,00 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. O, dəfələrlə borcluya aliment borcunu ödəməsini bildirmiş, lakin borclu hər dəfə ona heç bir məbləğdə ödəniş etməyəcəyini bildirmişdir. O, hesab edir ki, borclunun ödəməli olduğu aliment məbləğini ödəməyə maddi imkanı var, lakin o, qəsdən bunu ödəmir. Borclunun hal-hazırda 750,00 manat aliment borcu var. O, hazırda qeyd olunan aliment borcunun tam şəkildə ödənilməsini tələb edir, əks halda borclu barəsində məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2022 saylı icra sənədinə əsasən ondan Məmmədzadə Duyğunun yetkinlik yaşəna çatana qədər 150,00 manat sabit pul məbləğində aliment alınaraq icra sənədi üzrə tələbkar X2 verilməlidir. O, icra idarəsinə dəvət olunmuş və icra məmuru tərəfindən məhkəmə qərarının icrası qaydası və üsulu ona izah olunmuş, o, həmin vaxt maddi imkanının olmadığını bildirərək ona müəyyən vaxt verilməsini xahiş etmiş və bu barədə ondan iltizam alınmışdır. Ona verilmiş vaxt ərzində borclu olduğu aliment məbləğini ödəmək üçün pul tapa bilməmiş, ona görə də icra məmuruna zəng vuraraq ona əlavə olaraq 1-ci günə kimi vaxt verilməsini xahiş etmiş, 1-cü gün, yəni bu gün icra idarsinə gəlmiş və ödəməli olduğu borcdan heç nə ödəyə bilməmişdir. Səbəb olaraq isə bildirmişdir ki, o, xəstədir və buna görə uzun müddət müalicə aldığı üçün işlədiyi yerdən azad edilmiş və hazırda heç bir yerdə işləmir. Hal-hazırda onun aliment borcu 750,00 manat təşkil edir və o, bu gün həmin məbləğdən hər hansı bir məbləğdə ödəniş etmək iqtidarında deyildir. Gələcəkdə işləməyə başlayandan sonra ödəməli oduğu aliment borcundan ödənişlər edəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materialında olan tibbi sənədlərdən görünür ki, Şəxs hər iki asağı ətrafında dərin və səthi venaların divarları qalınlaşıb, fibrozlaşıb, kalsinlatlaşıb, arakəsmələr təyin olunur, venalar tam komppressiyaya uğramırlar, mənəzlərində xırda ölçüdə hiprerxogen sahələr təyin olunur, trombotik sahələr istisna olunmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Məhkəmə tibbi sənədlərə qiymət verərək qeyd edir ki, Şəxs xəstəliyi 2018-2021-ci illərə təsadüf etmişdir. Qeyd edilən hallar icra sənədini icra etməməsinə əsas ola bilməz və icra sənədini icra etməməsində üzrülü səbəb kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 01 avqust 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 avqust 2022-ci il tarixdən, saat 16:22-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Məsum oğlunun göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2002/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2002/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver