Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2003/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs İXM-in 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclaslarında izahat verən Şəxs bildirmişdir ki, dəniz qırağında ailəsi ilə birlikdə avtomobildə olarkən post patrul xidmətinin əməkdaşları ona yaxınlaşmış və yol patrul xidməti əməkdaşlarını ora dəvət etmiş, yol patrul xidməti əməkdaşları alkotesterlə onun sərxoşluğunu yoxlamış və avtomobilini cərimə meydancasına aparmışdır. Həmin vaxt spirtli içki qəbul etməmiş, polis əmkdaşları ona alkotestrin cavabını göstərməmiş, həkim müayinəsi tələb etsə də, müayinəyə aparılmamış, ümumiyyətlə PPX və YPX əməkdaşları ona yaxınlaşarkən avtomobili ilə hərəkətdə olmamışdır. Bundan başqa bildirmişdir ki, YPX əməkdaşı avtomobili cərimə meydançasına apardıqdan dərhal sonra özü sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş, lakin sərxoş olmaması öz təsdiqini tapmamışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə protokolu tərtib etmiş orqana lazımı qaydada məlumat verilmiş, həmçinin protokolu tərtib etmiş YPX inspektoru Samir Nəsirovun mobil nömrəsinə sms bildiriş göndərilmiş, lakin məhkəmə iclasında iştirak edən olmamış, məhkəmə protokolu tərtib etmiş tərəfin iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsini mümkün hesab etmişdir. İş materialında olan Alcovisor-Jupiter X xüsusi texniki vasitəsinin göstəricisinə əsasən xx.xx.2025-ci il saat 21.45-də keçirilən ölçmə zamanı Şəxs 0.329 probil alkoqol sərxoşluq müəyyən edilmişdir. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarix saat 23.26-a aid 4561 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Protokolu tərtib etmiş orqanın nümayəndəsinin və ya protokolu tərtib etmiş şəxsin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməməsi və hər hansı sübut təqdim etməməsi səbəbindən təqdim edilmiş materialların natamamlığını aradan qaldırmaq mümkün olmamışdır. Belə ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə edərkən YPX inspektoru tərəfindən saxlanılması, saxlanılarkən xüsusi texniki vasitəsi ilə müayinənin nəticəsi ilə razılaşması faktını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iş materiallarına nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək barədə protokol əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96, 109,-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində olan Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ DYPŞ-ə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2003/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2003/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver