Məhkəmə qərarları › İş №3(060)-2004/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2004/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2004/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Bulvar ərazisi, Kristal ünvan 1 ünvanında qeydiyyatda olan vəyaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3 ildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bu barədə Zərərçəkmiş şəxs polis İdarəsinə məlumat vermişdir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərlə bağlı ekspertiza təyin edilmişdir və ekspert də müvafiq rəy vermişdir. Baş vemiş hadisə ilə əlaqədar Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, o, baş vermiş hadisədə özünü təqsirli bilmir, onun heç bir günahı yoxdur. Zərərçəkmiş şəxs ilə rəsmi qaydada ayrılsalar da, hazırda bir ünvanda yaşayırlar. O, uşağı üçün 700 manat aliment ödəyir. 24 iyulda oğlunu görmək istədiyini Zərərçəkmiş şəxs bildirmiş və evə getmişdir. Telefonu evdə qaldığı üçün qayıtdıqda onun “ölsəydi canım qurtarardı, zəhləm gedir bundan” sözlərini eşitmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Lakin o, Zərərçəkmiş şəxs əl qaldırmamış, onu döyməmişdir. Qeyd edir ki, o, özü həmin vaxt əməliyyatdan çıxmışdı. Şəxs qərar qəbul edilərkən qeyd edilən halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, qarşı tərəflə nəinki barışmamışdır, ondan şikayətçidir. Samir xx.xx.2024-cü il tarixdə uşağı götürmək üçün evə gəlmişdir. Həmin vaxt Şəxs onu döymüş, üzünə iki dəfə yumruqla, qarnının aşağı hissəsinə və baş nahiyyəsinə bir neçə dəfə təpiklə vurmuşdur. Onun belə hərəkət etməsinin səbəbi odur ki, onun Samir haqqında dediklərini onun eşitməsi olmuşdur. Samir onun otağına səsyazan qoymuş və o, Samirə nifrət etdiyini bildirmişdir. Samir də bu sözləri eşitdiyi üçün onu döymüşdür. Ekspert səhv rəy verib. Ekspert rəyi saxtalaşdırılıb. Samir ekspert və təhqiqatçı ilə iş birliyi görmüş, onları ələ almışdır, ona görə də onun barəsində 157-ci maddə ilə iş açılmışdır. Zərərçəkmiş şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, zərəçəkmiş şəxsi və protokol tərtib etmiş 4-cü PB-nin nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi vardır. Şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi və inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1261 saylı ekspert rəyi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Həmçinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 1200 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində Sol bazunun orta 1/3-nin arxa səthinin qançırı, sağ çiyin nahiyyəsinin sağ kürək nahıyyəsinin, alt çənənin sağ hissəsınin, qarnın ön divarının sağ hissəsinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla 24.07.24-cü il tarixdə əmələ gələ bilərd və özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Şəxs sözügedən hadisəni törətməməsi barədə izahatı özünümüdafiə xarakteri daşıyır. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar