Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2007/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli, EQ 10075733 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2022-ci il tarixli, EQ 10075733 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edib, İXM-nin 327.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini sxahiş etmişdir. X2 şikayətində göstərmişdir ki, o, uzun müddət Sumqayıt şəhərində müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati cərimənin tərtib edilməsi barədə qərarı 29 iyul 2022-ci il tarixdə almışdır. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2022-ci-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında AR İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat cərimə olunmuşdur. xx.xx.2022-ci iltarixdə Sumqayıt şəhəri ərazisində Sülh küçəsi ilə Bakı şəhəri istiqamətində 3-cü yolda hərəkət istiqamətində olarkən işıqforda yaşıl işıq yandığına görə o dayanmadan Bakı istiqamətində hərəkətini davam etdirmişdir. Heç bir hərəkət istifadəçisinə maneə yaratmamışdır. Yəni onun yolunda heç bir hərəkət istifadəçisi olmamışdır. 21 iyul 2022-ci il tarixdə ona məlum oldu ki, qeyd olunanlarla bağlı 40 manat cərimə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, heç bir əsas olmadan cərimə olunmuş və bu səbəbdən də həmin cərimə borcu ləğv olunmasını xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 11 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirakı etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinə uyğun izahat verərək inzibati tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli, EQ 10075733 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisəli qərardan görünür ki, X2 barəsində xx.xx.2022-ci il tarixdə, EQ 10075733 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib və 40,00 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli WEB-portal çıxarışdaşı şəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:50:49-da “Hundai Tucson minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil sola və geriyə hərəkətə icazə verilən nişan istiqamətindən düzünə hərəkət etmiş və nəticədə yol hərəkəti qaydalarının əleyhinə olan İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 59-cu maddəinin İV bəndinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. Həmin Qanunun 69-cu maddəinin 1.18 bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2022-ci il tarixli, EQ 10075733 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görədə X1 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, EQ 10075733 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2007/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2007/2022
11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver