Məhkəmə qərarları › İş №3(060)-2009/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2009/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2009/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 saylı inzibati xəta haqqında iş üzrə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin tərəfindən 16/1-129299 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, həmin qərarda hadisənin Sumqayıt şəhər, 9-cu məhəllə ərazisində xx.xx.2025-ci il tarixdə saat 11.30 radələrində baş verdiyini, guya onun tərəfindən inzibati xətaya yol verildiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda bəhs edilən “Dodge Duranqo” minik markalı, 90VC554 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, heç vaxt qərarda göstərildiyi kimi Sumqayıt şəhər 9-cu məhəllə ərazisində saxlamamışdır. Qarşı tərəf xx.xx.2025-ci il tarixdg eyni nömrəli protokol əsasında X4 barəsində qərar qəbul etmiş və həmin qərar Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(060)-211/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixli, EQ 25486990 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Həmin qərar məhkəmədə mübahisələndirildiyi zaman inzibati orqanın onun barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi qanunsuzdur. Onun barəsində inzibati qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin qərarın qəbul edilməsi eyni protokol əsasında digər şəxsin inzibati qaydada cərimə olunmasına dair inzibati işə məhkəmədə baxılan zaman qəbul edilmişdir. O, inzibati xəta törətməmiş və qarşı tərəfin protokolda qeyd etdiyi tarixdə və 9-cu məhəllə ərazisində maşını saxlamamışdır. Qarşı tərəfin barəsində xx.xx.2025-ci ildə ilk dəfə qərar qəbul etsə də, həmin qərarı ona göndərməmiş, həmçinin ona bu barədə SMS bildirişi belə göndərməmişdir. Buna görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən məlumatsız olmuşdur. O, xx.xx.2025-ci il tarixdə axşam saat 22:00 radələrində yaşadığı ərazidə DYP tərəfindən saxlanılan zaman barəsində inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edildiyi məlum olmuş Həmin cəriməyə dəbbə pulu hesablanaraq məbləğ 55 manat olmuş və sürücülük vəsiqəsinə 2 bal tətbiq olunmuşdur. O, avtomobilinin cərimə meydançasına aparılmaması üçün onlayn qaydada həmin cəriməni və dəbbə pulunu ödəmək məcburiyyətində qalmış və bundan sonra meydançadan buraxılmışdır. Göründüyü kimi inzibati orqan Sumqayıt şəhər məhkəməsinin həmin protokoldan şikayət vermiş şəxsin şikayəti əsasında qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarını faktiki icra etməmiş, heç bir araşdırma aparmamış və onunizahatını almamışdır. Nəticədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarını xx.xx.2025-ci ildə rəsmi olaraq almış, həmin qərardan məhkəməyə şikayət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə onun şikayəti qismən təmin edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi iddia edilən inzibati xətanın törədilməsinə görə ilkin olaraq X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu həmin qərardan məhkəməyə şikayət verərək mübahisələndirmişdir. İş məhkəmənin icraatında olan zaman, yəni əvvəlki qərar qüvvədə olduğu vaxt yeni qərar qəbul edilmiş və həmin qərara əsasən şikayətçi X5 inzibati cərimə edilmişdir. Məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq DYPŞ tərəfindən inzibati materiallar təqdim olunmamışdır. Eyni zamanda inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsinə əsas olmuş halların, foto və video görüntülərin məhkəməyə təqdim edilməsi təklif edilsə də, qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sənəd və material təqdim edilməmişdir. Sonuncu dəfə qərar xx.xx.2025-ci il tarixdə ləğv edilmiş və aidiyyatı orqana göndərilmişdir. Lakin, bu dəfə də Baş Dövlət Yol Polis İdarəsi rəisinin müavini Pərvin Səfərəliyev tərəfindən hazırki qərar qəbul edilmiş və bu qərarla o, yenə də İXM-in 346.5-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Halbuki, məhkəmənin qərarında birbaşa göstərişlərin olmasına baxmayaraq inzibati orqan heç bir araşdırma aparmadan bu qərarı qəbul etmiş, hətta o, avtomobilin mülkiyyətçisi olduğu halda guya onun avtomobili etibarnamə əsasında idarə etdiyini qeyd etmişdir. Belə ki, qarşı tərəf onun maşını 9-cu məhəllə ərazisində saxlama ilə bağlı hər hansı bir sübut təqdim etməmiş və yolların kəsişməsindən maşını saxladığı ərazi arasında məsafənin 5 metrdən az olması ilə bağlı sübut təqdim etməmişdir. Bundan başqa inzibati pozuntunun xx.xx.2025-ci ildə olduğunu qeyd etsə də, hazırki qərar xx.xx.2025-ci il tarixdə qəbul elmişdir. Göründüyü kimi inzibati orqan 6 ay 12 gün sonra, inzibati qaydada cəlb etmə müddəti keçdikdən sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qəbul olunan zaman o, dəvət olunmamış və onun iştirakı olamadan inzibati icraat aparılmışdır. Qərar onun ünvanına poçt vasitəsi ilə göndərilmiş və o, qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Buna görə də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ16/1-129299 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və qərarında şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1- 129299 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25486990 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 ünvanında “Dodge Durango” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vaitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına (durmasına) görə Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)- 1158/2025 saylı qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25486990 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 ünvanında “Dodge Durango” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına (durmasına) görə X5 xx.xx.2025-ci il tarixli EQ25486990 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan X5 tərəfindən məhkəməyə şikayət verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1158/2025 saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25486990 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Məhkəmənin qeyd edilən qərarında qeyd edilmişdir ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə prosesləri təyin edilməsinə, məhkəmə iclaslarının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana məlumat verilməsinə, eyni zamanda inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsinə əsas olmuş halların, foto və video materialların məhkəməyə təqdim edilməsi təklif edilsə də, qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sənəd və material təqdim edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X5 yenədn Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, işə yenidən baxılarkən yol hərəkət qaydasının pozulması tam sübuta yetirilmişdir. X1 qərardan da şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlili kimi heç bir inzibati xətanın törədilməməsi və bununla bağlı heç bir sübutun mövcud olmadığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə prosesləri təyin edilməsinə, məhkəmə iclaslarının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana məlumat verilməsinə, eyni zamanda inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsinə əsas olmuş halların, foto və video materialların məhkəməyə təqdim edilməsi təklif edilsə də, qərar qəbul etmiş orqan tərəfindən yenə də məhkəməyə hər hansı sənəd və material təqdim edilməmişdir Məhkəmə qeyd edir ki, qanunverilciyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə heç bir sübut məhkəməyə təqdim edilmədiyi üçün X3 istinad edilən inzibati xəta üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-129299 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar