Məhkəmə qərarları › İş №3(060)-2010/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2010/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2010/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.1 və 333.1-ci maddələrinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə, saat 17:20-də AE 014432 saylı sürücülük vəsiqəsi ilə **-BT-*** dövlət qeydiyyat nişanlı “Vaz 2106 minik” markalı avtomobili idarə edən xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, fərdi evdə yaşayan Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində təhlükəsizlik kəməri bağlamadan hərəkətdə olarkən saxlanılmış, şübhə doğurduğu üçün tibbi müayinəyə aparılmış, tibbi müayinə aktına əsasən sürücü narkotik vasitə olan “Marixuana” qəbul faktı aşkarlanmışdır. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 avqust 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, protokol tərtib olnduğu gün özünə məxsuz “Vaz 2106 minik” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili AE 014432 saylı sürücülük vəsiqəsi ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı YPX əməkdaşı ona həkim müayinəsindən keçməli olduğunu bildirmişdir. Həkim müayinəsi zamanı ona narkotik vasitə olan marixuana qəbul etməsi bildirilərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin o, bundan narazı qaldığından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji mərkəzinə müraciət etmiş və müayinə olunaraq marixuana və digər narkotik vasitələrin istifadə etməməsi barədə akt verilmişdir. Qeyd olunanların nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli İXM-nin 333.1-ci maddəsindən əlavə İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 3530 №li 20 iyul 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (20 iyul 2022ci il saat 17:30) narkotik vasitə olan marixuana faktı aşkarlanmışdır. İş materiallarından görünür ki, Şəxs məxsus AE 014432 № li sürücülük vəsiqəsi xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək etibarlıdır. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji mərkəzinin 885 №li xx.xx.2022-ci il tarixli narkotik vasitəlrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 12:10-da) THC aşkar olunmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3530 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında Şəxs yalnız marixuana qəbulu faktı qeyd olunmuş, lakin onun müayinə olunarkən narkotik maddənin təsiri altında sərxoş olması qeyd edilməmiş, şəxsin sərxoşluq əlamətlərini müəyyən edən digər amilləri özündə əks etdirən rəyin 3, 4, 5, 6, 7, 8, 9-cu qrafalarında müvafiq qeydiyyat aparılmamışdır. Belə ki, Şəxs tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında qeyd edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 17:20-də Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə porotokol tərtib edilsə belə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji mərkəzinin 885 №li xx.xx.2022-ci il tarixli narkotik vasitəlrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqındakı aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 12:10-da) THC aşkar olunmamışdır. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar