Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2012/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 YPX-nin polis baş serjantı X1 tərəfindən xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:28 radəsində sürücü Sumqayıt şəhəri, Koroğlu Bədəlbəyli küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, alkotestr vasitəsi ilə yoxlanan zaman spirtli içki qəbul edib avtomaşını idarə etdiyi aşkar olunmuşdur. Bununla da, Həsənov X2n Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında etibarnamə əsasında idarə etdiyi “Toyota Korolla” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə hərəkətdə olan zaman Sumqayıt şəhəri, Koroğlu Bədəlbəyli küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, alkotestr vasitəsi ilə yoxlanan zaman spirtli içki qəbul edib avtomaşını idarə etdiyi aşkar olunmuşdur. Spirtli içkini bir gün qabaq qəbul etdiyini bildirmişdir. Həmçinin bir neçə saatdan sonra özü Sumqayıt Narkoloji Dispanserə gedərək müayinədən keçmiş və Sumqayıt Narkoloji Dispanser tərəfindən verilmiş 3595 nömrəli, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən onun xx.xx.2022-ci il tarixdə saat 11:35 radələrində alkoqol sərxoşluğunun olmadığı müəyyən edilmişdir. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu və Suqovuşanın azad olunmasında iştirak etdiyini nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapır. Alkotest qəbzinə görə Şəxs müayinə vaxtı xx.xx.2022-ci il tarixdə saat 08:28 radələrində 0,416 promil alkaqol sərxoşluq vəziyyəti olmuşdur. İş materiallarında olan Sumqayıt Narkoloji Dispanser tərəfindən verilmiş 3595 nömrəli, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs müayinə vaxtı xx.xx.2022-ci il tarixdə saat 11:35 radələrində alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Məhkəmə hesab edir ki, Həsənov X2n Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapmışdır. Şəxs bir neçə saat sonra özü Sumqayıt Narkoloji Dispanserə gedərək müayinədən keçib sərxoşluq vəziyyətinin olmaması barədə akt almışdır. Məhkəmə bir neçə saat keçdikdən sonra alınmış aktı mötəbər sübut kimi qəbul etmir. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona cərimə növündə tənbeh tətbiq edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Həsənov X2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2012/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2012/2022
16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver