Məhkəmə qərarları › İş №3(060)-2018/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2018/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2018/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi (bundan sonra mətndə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən 27 iyul 2022-ci il tarixdə Şəxs (VÖEN **********) (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 233.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2022-ci il tarixdə saat 20:40-da Şəxs MMC-də aparılan monitorinq zamanı tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı və atmosfer havasında səs-küyün səviyəsinin ətraf mühütün norma həddindən artıq olması müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün 15 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 17 avqust 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və iznibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və işdə olan digər sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X7 Monitorinq iarəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı əsasında Sumqayıt Novxanı yolu, Xəzər dənizinin kənarında yerləşən Mariana Trench restoranının ətraf ərazisində sabit hava şəraitində saat 20:40-da monitorinq keçirilmişdir. Monitorinq zamanı X6 Mərkəzi” restoranının ətraf ərazisində canlı musiqinin səs küyü və tüstü bacasından atmosfer havasına tüstünün yayılması müşahidə olunmuşdur. Monitorinq zamanı atmosfer havasında tüstünün tərkibində zərərli maddələr “Ankat 64M3-04” cihaz vasitəsi ilə ölşülmüş, cihazın göstəricisi CO-11,8 mq/m3 (norma: 5 mq/m3), monitorinqdə səs küy PCE-322A cihz vasitəsi ilə ölçülmüş, cihazın göstəricisi 67,8 DBA (norma: 60 DBA) ərazidə ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən həddən artıq olduğu müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndələri X5 və X2 monitorninqdə iştirak etsə də akta imza atmaqdan imtina etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 iyul 2022-ci il tarixli, № 74374 saylı aktından görünür ki, 26-27 iyul 2022-ci il tarixində Sumqayıt şəhəri, Sahil küçəsində Şəxs restoranında idarənin 65 saylı 14 iyul 2022-ci il tarixli sərəncamı əsasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kompleks Ekoloji monitorinq idarəsinin əməkdaşları Sumqayıt şəhəri Novxanı avtomobil yolun sağ kənarında Şəxs MMC-yə məxsus əyləncə mərkəzi restoranın ətraf ərazisində xx.xx.2022ci il tarixdə, saat 20:40-da atmosfer havasında Ankat 64M3-04” cihaz vasitəsilə tüstünün tərkibində zərərli maddələrin yol verilə bilən norma həddi daxilində olub-olmaması, səsküyün səviyəsi PCE-322A cihz vasitəsi ilə ölçülmüş CO-11,8 mq/m3 (norma: 5 mq/m3), səs küy nəticəsi 67,8 DBA (norma: 60 DBA) müəyyən olunmuşdur. Şəxs MMC-nin səlahiyyətli nümayəndələri X5 və X2 monitorninqdə iştirak etsə də rəsmi izahat verməkdən imtina etmişdirlər. İş materialına əlavə olunmuş yoxlama kalibrləmə sertifikatından görünür ki, yoxlama zamanı istifadə etilən ANKAT-64M3-04 cihazı xx.xx.2022-ci il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2022-ci il qeyd olunmuşdur. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 4.19-cu bəndinə əsasən həmin Məcəllənin 152.4, 234.0.1, 253.3.4, 253-1.1.3, 253-1.2.1, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur və həmin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığı əsasında Sumqayət Novxanı yolu, Xəzər dənizinin kənarında yerləşən Mariana Trench restoranının ətraf ərazisində sabit hava şəraitində saat 20:40-da monitorinq keçirilmişdir. Monitorinq zamanı X6 Mərkəzi” restoranının ətraf ərazisində canlı musiqinin səs küyü və tüstü bacasından atmosfer havasına tüstünün yayılması müşahidə olunmuşdur. Monitorinq zamanı atmosfer havasında tüstünün tərkibində zərərli maddələr “Ankat 64M3-04” cihaz vasitəsi ilə ölşülmüş, cihazın göstəricisi CO-11,8 mq/m3 (norma: 5 mq/m3), monitorinqdə səs küy PCE-322A cihz vasitəsi ilə ölçülmüş, cihazın göstəricisi 67,8 DBA (norma: 60 DBA) ərazidə ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən hədd artıq olduğu müəyyən edilmişdir. Yoxlama zamanı istifadə etilən ANKAT-64M3-04 cihazının və istifadə etilən PCE-322A cihazının yoxlama tarixi xx.xx.2022-ci il tarixə qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat başlanmış hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 1998 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 12.500,00 (on iki min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar