Məhkəmə qərarları › İş №3(060)-2018/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2018/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2018/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3 iclas katibliyi Protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 16 avqust 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 505-ci maddəsinə əsasən 16 avqust 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 3-33-1100/012/018488 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən “CTC CERAMİC" MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********4912 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş SEH**********084 saylı, xx.xx.2024-cü il tarixli invovs sənədində qeyd olunan yükün ixrac bəyannaməsinə və SEH**********084 saylı, xx.xx.2024-cü il tarixli invovsa (e-fatura) əsasən invoys dəyəri 23013.50 ABŞ dolları deyil, 32844.50 ABŞ dolları olduğu halda gömrük yığımı üzrə 160 manat, idxal gömrük rüsumu üzrə 1688.21 manat və əlavə dəyər vergisi üzrə isə 2329.72 manat olmaqla ümumilikdə 4177.93 manat gömrük ödənişi təşkil edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra GM-nin) 243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. GM-nin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Odur ki, **********4912 sorqu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranan əlavə ödənişlər barədə İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması İXM-nin 38-ci maddəsində nəzərdə tutulan müddət başa çatmadığı üçün həmin bəyannamə üzrə icraat başlanılmalıdır. Beləliklə 3-33- 1100/012/018488 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən “CTC CERAMİC" MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən **********4912 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş SEH**********084 saylı xx.xx.2024-cü il tarixli invoys sənədində qeyd olunan yükün ixrac bəyannaməsinə və SEH**********084 saylı xx.xx.2024-cü il tarixli invoysa (e-fatura) əsasən invoys dəyəri 23013.50 ABŞ dolları deyil, 32844.50 ABŞ dolları olduğu halda gömrük yığımı üzrə 160 manat, idxal gömrük rüsumu üzrə 1688.21 manat və əlavə dəyər vergisi üzrə isə 2329.72 manat olmaqla ümumilikdə 4177.93 manat gömrük ödənişi təşkil edir. GM-nin 224-cü maddəsinə əsasən gömrük ödənişləri dedikdə, gömrük rüsumları, əlavə dəvər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq, dövlət rüsumu başa düşülür. İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişləri ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati məsuliyyət nəzərdə tutulur. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Əlavə olaraq bildiririk ki, Şəxs MMC barəsində 21 iyun 2024-cü il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-01510/24 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi üçün həmin məcəllənin 505ci maddəsinin qeyd hissəsinin 2-ci bəndi və İXM-nin 53.1,10-cu maddəsinə əsasən əlavə yaranmış gömrük ödənişləri ödənilərək iş üzrə icraata xitam verilmişdir. Şəxs MMC tərəfindən **********4912 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə yaranmış gömrük yığımı üzrə 160 manat, idxal gömrük rüsumu üzrə 1688.21 manat və əlavə dəyər vergisi üzrə isə 2329.72 manat olmaqla ümumilikdə 4177.93 manat gömrük ödənişi ödəməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X7 tərtib edilmiş protokola uyğun izahat verərək hüquqi şəxsin cərimə edilməsini məhkəmədən xahiş etdi. Lətif Abbasov məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, “Gömrük Tarifi” haqqında qanunda əsasən gömrük dəyərinin müəyyən edilməsinin müxtəlif növləri müəyyən edilmiş, onlardan biri də eyni malların sövdələşmə qiymətidir. MMC tərəfindən ölkəyə idxal edilən malların gömrük dəyərinin real qiymətindən aşağı bəyan edildiyi müəyyən edilmiş, növbəti araşdırmanın aparılması üçün material aidiyyəti üzrə Təhqiqat şöbəsinə göndərilmişdir. Qeyd edir ki, hər bir müəssisə tərtib etdiyi bəyannamədə idxal etdiyi mala dair istədiyi qiyməti (dəyəri) yaza bilər, lakin hər bir malın real qiyməti vardır, gömrük dəyəri də məhz malların real dəyərinə əsasən hesablanır. Diqqətə çatdırmaq istəyir ki, protokolda qeyd olunduğu kimi bundan öncə də MMC tərəfindən eyni məzmunlu inzibati xəta törədilmiş, həmin vaxt MMC öz təqsirini etiraf edərək ödənilməmiş gömrük ödənişlərini ödəmişdir. Müəssisənin vəkilinin təqdim etdiyi 25 may 2024-cü il tarixli iki fərqli gömrük bəyannaməsinə münasibətdə Lətif Abbasov bildirmişdir ki, protokolda göstərilmiş ümumilikdə 4177.93 manat gömrük ödənişi məbləği sonuncu təqdim edilmiş gömrük bəyənnaməsi əsasında hesablanmışdır. Belə ki, eyni tarixli sonuncu təqdim edilmiş gömrük bəyənnaməsində İnvoys dəyəri 23012 ABŞ dolları, Gömrük məbləği 48746.99 ABŞ dolları, Statistik dəyər 28674.70 ABŞ dolları göstərilmişdir ki, gömrük ödənişləri də məhz həmin məbləğlər əsasında hesablanmışdır. Hesab edir ki, MMC-nin nümayəndəsinin hazırkı məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır, təqsirli bilinərək inzibati qaydada cərimə edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, MMC tərəfindən verilmiş gömrük bəyannaməsi orqan tərəfindən qəbul edilməmiş, malların invoys dəyəri dəyişilməmiş, gömrük dəyəri artırıldığından statistik dəyəri də artmışdır. Bildirir ki, inzibati orqan tərəfindən heç bir araşdırılma aparılmamış, MMC-nin təqsirliyini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişlər. Əlavə olaraq bildirir ki, 25 may 2024-cü il tarixdə ilkin olaraq təqdim etdikləri Gömrük bəyənnaməsində invoys dəyəri 23012 ABŞ dolları, Gömrük dəyəri 43362.98 ABŞ dolları, Statistik dəyər isə 25507.64 ABŞ dolları təqdim edilsə də, həmin tarixdə Gömrük orqanına düzəliş edilməklə yenidən eyni mallara dair Gömrük bəyənnaməsi göndərilmişdir. Sonraki bəyənnamədə isə İnvoys dəyəri 23012 ABŞ dolları, Gömrük dəyəri 48746.99 ABŞ dolları, Statistik dəəyərə isə 28674,70 ABŞ dolları göstərilməklə sonuncu sənəd əsasında gömrük ödənişlərini ödəmişlər. Əlavə olaraq bildirir ki, Gömrük orqanı tərəfindən gömrük ödənişi məbləğinin məhz 25 may 2024-cü il tarixdə sonraki Gömrük bəyənnaməsi əsasında hesablamarına şübhə ilə yanaşır, iclasda iştirak edən nümayəndə bu sahə üzrə mütəxəss deyil, bu səbəbdən protokolda göstərilən gömrük ödənişi məbləği məhz sonuncu təqdim etdikləri sənəd əsasında yenidən hesablanmalıdır.Təmsil etdiyi MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, gömrük ödənişlərini idxal etdikləri malların real dəyərinə uyğun olaraq ödəmişlər. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, Şəxs MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. X8 Sənədinə (CMR) əlavə edilmiş qoşma vərəqədən görünür ki, idxal olunmuş həmin malların xx.xx.2024-cü il tarixli invoys sənədinə əsasən invoys dəyəri ixracatçı şirkət olan “X10 Tic.LTD” şirkəti tərəfindən 32844.50 ABŞ dollları göstərilmişdir. 25 may 2024-cü il tarixli ilkin Gömrük bəyənnaməsindən görünür ki, gətərilən mallara dair invoys dəyəri 23012 ABŞ dolları, Gömrük dəyəri 43362.98 ABŞ dolları, Statistik dəyər 25507.64 ABŞ dolları, sonrakı Gömrük bəyənnaməsində isə invoys dəyəri 23012 ABŞ dolları, Gömrük dəyəri 48746.99 ABŞ dolları, Statistik dəyər 28674.70 ABŞ dolları göstərilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC barəsində 21 iyun 2024-cü il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-01510/24 nömrəli is başlanılmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndi və həmin məcəllənin 53.1.10cu maddəsinə əsasən əlavə yaranmış gömrük ödənişləri ödənilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan və məhkəmə iclasında araşdırılaraq tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Bu səbəbdən Şəxs MMC İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxsin vəkili Siracəddin Kərimovun məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, bu məzmunda izahat verməklə o, hüquqi şəxsin inzibati məsuliyyətdən yayınmasına və ya məsuliyyətinin yüngülləşdirilməsinə çalışmışdır. Belə ki, Şəxs MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq edilir, hüquqi şəxsin məsuliyyətdən azad edilməsi üçün hər hansı hal müəyyən edilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, Şəxs MMC ümumilikdə 6209.58 manat gömrük ödənişlərini ödədikləri üçün bundan əvvəl inzibati orqan tərəfindən İXM-nin 505-ci maddəsinə əsasən barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata 01 iyul 2024 cü il tarixdə həmin maddənin qeyd hissəsi rəhbər tutulmaqla xitam verilmişdir. Bundan sonra adı çəkilən müəssisə barəsində yenidən eyni inzibati xətanı törətdiyindən yəni ümumilkdə 4177.93 manat gömrük ödənişini ödəmədiyi üçün İXM-nin 505-ci maddəsinə əsasən 16 avqust 2024-cü il tarixli protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə Siracəddin Kərimovun gömrük ödənişinin düzgün hesablanmaması yəni sonradan təqdim etdikləri sənəd əsasında deyil, ilkin Gömrük bəyənnaməsi əsasında hesablanması ehtimalına münasibətdə qeyd edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən iş materiallarına məhz sonrakı Gömrük bəyannaməsi əlavə edilmiş, vəkilin təqdim etdiyi ilkin gömrük bəyənnaməsi ümumiyyətlə iş materiallarında olmamışdır. Belə ki, ilkin Gömrük bəyənnaməsi vəkil tərəfindən məhz məhkəmə iclasında təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Gömrük orqanı gömrük ödənişi məbləğini müəssisənin təqdim etdiyi sonrakı Gömrük bəyənnaməsi əsasında hesablamışdır. Bundan başqa məhkəmə digər bir hala qiymət verərək hesab edir ki, əməldə inzibati tərkibinin bütün əlamətləri mövcud olmuşdur. Belə ki, X8 Sənədinə (CMR) əlavə edilmiş qoşma vərəqədən görünür ki, idxal olunmuş və xx.xx.2024-cü il tarixli invoys sənədinə əsasən invoys dəyəri ixracatçı şirkət olan “X10 Tic.LTD” şirkəti tərəfindən 32844.50 ABŞ dollları göstərildiyi halda "xxxx" MMC malların real dəyərini azaldaraq bəyənnamədə daha az məbləğ göstərmişdir. Bundan başqa, adı çəkilən hüquqi şəxs barəsində 01 iyul 2024-cü il tarixdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 505-ci maddəsinin qeyd hissi rəhbər tutulmaqla xitam verildindən yenidən eyni əsaslarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilə bilməz. GM-nin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri dedikdə GM ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfındən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq başa düşülür. İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd 2. Bu maddədə nəzərdə tutulmuş, əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Lətif Abbasovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir Beləliklə, Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş orqanın nümayəndəsinin, hüquqi şəxsin vəkilinin izahatlar, o cümlədən iş materillarına əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur. Həmin məcəllənin 32 və 33-cü maddələrinə əsasən Şəxs MMC şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində minimum həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, 9-cu mkr, ev 65, mən 26 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin – 4177.93 (dörd min bir yüz yetmiş yeddi manat, doxsan üç qəpik) manat pul vəsaitinin 70 (yetmiş) faizi məbləğində, yəni 2924,55 (iki min doqquz yüz iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar