Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2019/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarsinin icra məmuru X3, Tələbkar Hüseynova (Ağayarova) Aybəniz Səfail qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ, yataqxana 2 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyərək 5778 (beş min yeddi yüz yetmiş səkkiz) manat borcu əmələ gəlmişdir. Protokolu tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarsinin icra X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Hüseynova (Ağayarova) Aybəniz Səfail qızının xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın tutlması qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş, sonra borclu Şəxs ilə dəfələrlə əlaqə saxlanılaraq alimentin köüllü ödənilməsi bildirilmişdir. Həmin vaxt əmək müqaviləsi ilə işlədiyi üçün icra vərəqəsi onun işlədiyi müəssisəyə göndərilmiş və onun əmək haqqından 177 (bir yüz yetmiş yeddi) manat tutularaq tələbkara ödənilmişdir. Lakin sonradan işdən çıxmışdır. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2365/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin başlanması üçün sənədlər hazırlanarkən Şəxs yenidən əmək müqaviləsinə əsasən işləməsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il onun əmək haqqından 344 (üç yüz qırx dörd) manat məbləğində pul tutularaq tələbkara ödənilmişdir. Bu günə olan aliment borcu 5778 (beş min yeddi yüz yetmiş səkkiz) manat təşkil edir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan iddiaçı Hüseynova (Ağayarova) Aybəniz Səfail qızının xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın tutlması qət edilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialına işlə bağlı müraciət etsə də, bu günədək işlə təmin olunmamışdır. Heç yerdə işləmədiyini və ödəniş etməyə imkanı olmadığını bildirərək məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Hüseynova (Ağayarova) Aybəniz Səfail qızı məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1056/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs onun xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X7 oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində sabit pul məbləğində alimentin və xx.xx.2018-ci il təvəllüdlü X8 oğlunun 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın tutlması qət edilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anası və atası ilə birlikdə yaşayır. Tələbkarın uşaqlarla maraqlanmadığını və onlara maddi yardım etmədiyini bildirdi. Şəxs yaranmış aliment borcunun ödənilməsini tələb edir. Bunları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2356/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkiz) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” sistemində xx.xx.2022-ci il tarixdən işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyata alınmış, lakin həm Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində, həm də müraciətində qeyd olunmuş telefon nömrələri ilə əlaqə yaratmaq mümkün olmamışdır. Müraciətin icrası ilə əlaqədar vətəndaşın ünvanına Filialla əlaqə saxlaması üçün məktub göndərilmişdir. Filiala müraciət edəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialına müraciət etsə də, həmin filial tərəfindən onu işlə təmin etmək üçün borclu ilə əlaqə saxlanması mümkün olmamış və bu barədə ona məktub göndərilmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə aliment borcunun ödənilməməsini icra sənədinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati “həbs” növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 03 avqust 2022-ci il, saat 15:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhəri Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2019/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2019/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver