Məhkəmə qərarları › İş №3(060)-2019/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2019/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2019/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 00100-00194/24 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən (bundan sonra SGİ) "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə SGİ X1 və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3- 33-1800/012/003169 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, Sumqayıt səhəri. H.Z.Tağıvev qəsəbəsi Texno park sahəsi ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********2702 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alğı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 2751.81 (iki min yeddi yüz əlli bir dollar dollar, səksən bir sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmiş, nəticədə şirkət tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş SGİ-nin və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi Şamxal Rzayev 09 sentyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı-satqı və konsiqnasiva üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki. Şəxs MMC ilə Sinqapur Respublikasında fəaliyyət göstərən “X3 Pacific PTE.LTD” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********** nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli **********2702 sorğu nömrəli gömrük bəyannaməsi ilə 2751.81 (iki min yeddi yüz əlli bir dollar dollar, səksən bir sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı rəsmi məzənnəsinin 1.70 manat olması müəyyən edilmişdir. 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq. 2751.81 (iki min yeddi yüz əlli bir dollar dollar, səksən bir sent) ABŞ dolları milli valyutaya nisbətdə 4678.08 (dörd min altı yüz yetmiş səkkiz manat səkkiz qəpik) AZN təşkil etdiyi müəyyən edilmişdir. İlkin araşdırma dövründə Şəxs MMC-də hüquqşünas vəzifəsində çalısan Şamxal Rzayev öz izahatında bildirdirmişdir ki, Şəxs MMC ilə Sinqapur Respublikasında fəaliyyət göstərən “X3 Pacific PTE.LTD” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********** nömrəli alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli **********2702 sorğu nömrəli gömrük bəyannaməsi ilə 2751.81 (iki min yeddi yüz əlli bir dollar dollar, səksən bir sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabımıza köçürülməmişdir. Qarsı tərəfə mal gec göndərildiyinə görə qarsı tərəfin cərimə tələbi ilə bağlı mübahisə yaranmış, buna görə ödənişi etməkdən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən müəssisə həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. İXM-nin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İXm-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən eyni zamanda inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 825.54 ( səkkiz yüz iyirmi beş ABŞ dolları əlli dörd sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar