Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-202/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 və onun müdafiəçisi X8 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması barədə Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhər DYPİ Yol Patrul Xidməti Baş İnspektoru Polis baş leytenantı X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərar ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X7 Bakı şəhər DYPİ Yol Patrul Xidməti Baş İnspektoru Polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə X3 TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərardan verdiyi şikayət qismən təmin edilərək həmin qərar ləğv edilərək yenidən baxılması üçün Bakı şəhər DYPİ Yol Patrul Xidmətinə göndərilmişdir. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin X9 işlər Üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X2 İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan X7 Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-də sənəd saxtalaşdırılmasının araşdırılması barədə xüsusi qərardad çıxararaq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə X7 barəsində inzibati tənbeh vermə haqqında TP2772691 saylı qərar qəbul edilmişdir. Həmin qərardan X7 tərəfindən şikayət verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərar ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhər DYPİ Yol Patrul Xidmətinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı qərarının icra vəziyyəti ilə bağlı müraciətlərə, həmçinin vəkil Eynulla Şahverənov tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 45 saylı sorğuya AR DİN Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə 046- 23996 saylı cavab məktubu göndərilmiş və X7 barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən başlanmış işə yenidən baxıldığı və iş üzrə tənbeh vermə haqqında qərar qəbul edildiyi bildirilmişdir. Həmçinin qərarın X5 poçt vasitəsilə göndərildiyi qeyd olunmuşdur. 046-23996 saylı məktuba əlavə olunmuş Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ2404610 saylı qərarının xx xxxxxx 2019-cu il tarixdə qəbul edildiyi qeyd olunsa da, əslində qərarın həmin tarixdə qəbul edilmədiyi açıq-aşkar bilinməkdədir. İnzibati xəta haqqında qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq qərar yalnız xx.xx.2020-ci il tarixdə, yəni 6 ay sonra təqdim edilmiş və V.Abbasov tərəfindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qərarı ilə TP2772691 saylı, xx.xx.2019-cu il tarixli qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilmişdir. İnzibati tənbeh üzrə 60 manatın ödənilməsi yeni qərarın əsası ola bilməz. Həmin vəsait inzibati aktı alanadək ödənilib. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında digər avtomobilin qanunvericiliklə müəyyən edilmiş sürət həddinin kameralar vasitəsi ilə araşdırılmadığı, digər avtomobilin inzibati xəta törədib-törətməməsinə qiymət verilmədiyi əsas götürülməklə inzibati aktın ləğv edilməsi və yenidən baxılması barədə Bakı şəhər DYPİ Yol Patrul Xidmətinə göndərilməsi həmin xidmət tərəfindən nəzərə alınmadan, heç bir araşdırma aparmadan, məhkəmə qərarı ilə müəyyən olunmuş hallara qiymət vermədən əvvəlki qərara uyğun yeni qərar qəbul etmişdir. Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ2404610 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı məhkəmə qərarında müəyyən edilmiş hallara qiymət vermədən, müvafiq araşdırma aparmadan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından əvvəl cərimənin ödənilməsinə istinad edərək əvvəlki qərarı təkrarlamışdır. Bununla da Bakı Şəhər BPİ Dövlət X11i qüvvəyə minmiş qərarın icrasını qanunvericiliyin tələblərinə zidd icra etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X7 və onun müdafiəçisi X13 şikayətdə göstərilənləri təsdiq edərək bildirdilər ki, qərar yenidən çıxarılarkən X3 iştirakı təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında göstərilən hallar araşdırılmamışdır. Ona görə də, şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin X9 işlər Üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X6 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, obyektiv və hərtərəfli araşdırılmamış, qərarda törədilən inzibati xətanın hansı sübutlarla müəyyən olunduğu öz əksini tapmamış, X3 iştirakı təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3223/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı şəhər DYPİ Yol Patrul Xidməti Baş İnspektoru Polis baş leytenantı X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsinə səbəb kimi hərəkət iştirakçısı olan digər avtomobilin müəyyən edilmiş sürətdən artıq surətlə gəlib-gəlmədiyinin yoxlanmaması, həmin avtomobilin sürət həddinin kameralar vasitəsi ilə araşdırılmadığı, digər avtomobilin sürücüsünün inzibati xətanı törədib-törətməməsinə qiymət verilməməsi və digər hallar göstərilmişdir. Səlahiyyətli orqan isə həmin halları araşdırmamış, işə baxılmasında barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakını təmin etməmiş, sadəcə yani qərar qəbul etmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 iştirakı ilə yenidən baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİnə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin X9 işlər Üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X2 inzibati xəta haqqında İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə qaytarılmalıdır. X7 şikayətində qərarın ləğvi ilə bərabər Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-də sənəd saxtalaşdırılmasının araşdırılması barədə xüsusi qərardad çıxararaq prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Məhkəmə şikayətin bu hissəsi ilə bağlı da araşdırma apardı, ancaq şikayətin bu hissəsinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması barədə Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin X9 İşlər Üzrə İcraat Şöbəsinin baş inspektoru, polis mayoru X2 İQ ******* saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-202/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-202/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver