Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-202/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, X1 etbarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində 19 yanvar 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs 8000 (səkkiz min) ABŞ dolları alınaraq X2na verilməsi ilə bağlı borcu üzürsüz səbəbdən ödəmir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2013 saylı, xx.xx.2013cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Şəxs və Osmanov İbad İsmayıl oğlundan 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc pul alınaraq X6 verilməsi qət edilmişdir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. 8000 (səkkiz min) ABŞ dolları məbləğindən Osmanov İbad İsmayıl oğlunun təqaüdündən 2499 (iki min dörd yüz doxsan doqquz) ABŞ dolları ödəniş edilmiş, Osmanov İbad İsmayıl oğlu rəhmətə getdiyinə görə ödəniş kəsilmişdir. Şəxs icra sənədini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və 2018-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə islah işləri cəzasına məhkum edilmişdir. Tələbkar tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilmiş və hökm dəyişdirilərək borclu Şəxs 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu cəzasını çəkib qurtardıqdan sonra borclu Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq söhbət aparılmışdır. Lakin borclunun anasının təqaüd kartından hər ay 184 (bir yüz səksən dörd) manat tutulub tələbkara ödənilsə də, borclunun özü tərəfindən heç bir ödəniş edilməmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan və Osmanov İbad İsmayıl oğlundan 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc pul alınaraq X6 verilməsi qət edilmişdir. 1000 (bir min) manat atasının təqaüdündən tutulmuş, qalan məbləği isə özü ödəmişdir. 2018-ci il tarixdə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtardıqda isə qalan borcun silindiyini ehtimal etmişdir. İcra məmuru onu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət etdikdən sonra qalan məbləğin ödənilməsini bilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra pandemiya olmuş, işləyə bilməmiş və heç bir ödəniş etməmişdir. Ümumlikdə 5000 (beş min) manat pul ödənildiyini və hər ay anasının təqaüdündən 200 (iki yüz) manat tutularaq tələbkara ödənildiyini bildirdi. Hər ay 100 (bir yüz) manat ödəməyə imkanı olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 etbarnamə üzrə nümayəndəsi X8 izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Şəxs və Osmanov İbad İsmayıl oğlundan 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc pul alınaraq X6 verilməsi qət edilmişdir. X2 onun qardaşıdır. Qətnamə 2013-cü il tarixdə qəbul olunsa da, bu günədək icra olunmamışdır. Borclu Şəxs borcun ödənilməsini tələb etsə də, ya sənədlərin düz olmadığını, ya da imkanı olmadığını bəhanə edərək onun tərəfindən heç bir ödəniş edilməmişdir. 2018-ci ildə qətnaməni icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin cəzasını çəkib qurtardıqdan sonra da heç bir ödəniş etmir. Borclunun anasının təqaüdündən hər ya pul tutulub ona verildiyini bildirdi. Borclu Şəxs hər ay 100 (bir yüz) manat ödəməyə imkanı olduğunu bildirsə də, o, bu məbləğlə razılaşmır. Şəxs borcunun tam ödənilməsini tələb etdiyini nəzərə alaraq onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə borcun tam ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 19 yanvar 2023-cü il, saat 15:05-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Bürosunun vəkili X4 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-202/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-202/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver