Məhkəmə qərarları › İş №3(060)-202/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-202/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-202/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkilnun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* və xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə qədər olan müddət ərzində saat 19:00 radələrində 76-cı məhəllədə həyət evinin həyətindən 3 ədəd çuğun vanna oğurlanaraq İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 21:54 radələrində 76-cı məhəllədə yerləşən dəmir vaqondan 30 ədəd yumurta, 2 bitki yağı, 1 ədəd qaz peçi oğurlayaraq İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş 5-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən 17 yanvar 2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilə qədər olan müddət ərzində saat 19:00 radələrində 76-cı məhəllədə həyət evinin həyətindən 3 ədəd çuğun vanna oğurlamışdır. Bundan başqa Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə göndərilmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:54 radələrində 76-cı məhəllədə yerləşən dəmir vaqondan 30 ədəd yumurta, 2 bitki yağı, 1 ədəd qaz peçi oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etdi ki, qeyd edilən oğurluq hadisələrini törətmişdir. Oğurladıqlarını ehtiyacı olduğundan satmışdır. Xəstədir. Əməlindən peşmandır. Məhkəmədə nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xətanı törətmiş şəxsin xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirdi ki, əməli törətmiş şəxs onun qonşusudur. Evdən çıxmış, qayıdan zaman ona məxsus olan, evin həyətində olan 3 ədəd vanna oğurlanmışdır. Şikayətçidir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasına iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona məxsus olan vaqondan baş vermiş oğurluq hadisəsi ilə əlaqədar səhhətində yaranmış problemlə bağlı gələ bilmir. Lakin buna baxmayaraq iştirakı olmadan şikayətinə baxılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hər iki oğurluq hadisəsini törətməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən 17 yanvar 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyatı üzrə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-628/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)- 1719/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib ona 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi təyin edilmiş, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30-dan tutularaq saxlanılması nəzərə alınmış və ona təyin edilən ictimai işlər növündə tənbehin həddi qəti olaraq 192 (bir yüz doxsan iki) saat müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 02 (iki) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar