Məhkəmə qərarları › İş №3(060)-2021/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2021/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2021/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Tural-110” firmasının direktoru Nümayəndə iştirakı ilə “Tural-110” firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “Tural-110” firması barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, 00700-0159/22 saylı protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Tural-110” firması (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixdə **********3826 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində firmanın Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 500.00 (beş yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Faktla əlagədar Sumqayıt Baş Gömrük İdarəsinin Təhgigat Bölməsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00700-0159/22 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Tural-110” firmasının direktoru Nümayəndə məhkəmə iclasında bildirdi ki, “Tural-110” firması ilə İran İslam Respublikasında fəaliyyət göstərən “X5 CO” şirkəti arasında 1 nömrəli, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müaviləyə əsasən “X5 CO” şirkətinə laboratoriya qurğusu satılmış, alıcı isə aldığı qurğunun pulunu ödəməmişdir. “X5 CO” şirkəti ilə əlaqə saxlanılıb və şirkət pulu göndərmək iqtidarında olduğunu bildirsə də, İran İslam Respublikasına tətbiq olunan sanksiyalara əsasən və pandemiya olduğundan sərhəd bağlı olduğuna görə pulu bank hesabı ilə göndərə bilmədiklərini bildirmişlər. Satılan malın pulunun göndərilməməsi onların günahından baş vermədiyini nəzərə alaraq “Tural- 110” firmasının barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Baş Gömrük İdarəsi İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Tural-110” firması ilə İran İslam Respublikasında fəaliyyət göstərən “X5 CO” şirkəti arasında 1 nömrəli, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 500 (beş yüz) ABŞ dolları dəyərində “benzində motor və tədqiqat üsulu ilə oktan ədədinin təyini ücün universak bir silindirli qurğu” xx.xx.2021-ci il tarixdə **********3826 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmişdir. İş materiallarına olan xx.xx.2022-ci il tarixli “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi” haqqında protokoldan görünür ki, “Tural- 110” firması ilə İran İslam Respublikasında fəaliyyət göstərən “X5 CO” şirkəti arasında bağlanmış 1 nömrəli, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləyə istinad etməklə Sumqayıt Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə **********3826 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində əldə edilmiş 500 (beş yüz) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti müvəkkil bank hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qaydaların 12.2. və 12.3.-CÜ bəndlərinin tələblərinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Tural- 110” firması tərəfindən xx.xx.2021-ci il tarixdə **********3826 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində firmanın Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 500.00 (beş yüz) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Araşdırma ilə əlaqədar X2 konsiqnasiya yolu ilə ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bankın hesabına köçürülməmiş 500 (beş yüz) ABŞ dolların Azərbaycan manatına nisbətini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatından çıxarış edilmişdir. Qeyd olunan malların ixrac olunan zaman gömrük orqanına bəyan olunduğu gün müvafiq olaraq Mərkəzi Bankın valyuta məzənnəsinə əsasən ABŞ dollarının Azərbaycan manatına nisbətinə əsasən hesablama aparılaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 850.00 (səkkiz yüz əlli) manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də, ünvan 1 ünvanında qeydiyyatda olan “Tural-110” firması konsiqnasiya yolu ilə ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 850.00 (səkkiz yüz əlli) manat valyuta vəsaiti geri qaytarmamışdır və nəticədə, Tural-110” firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Tural-110” firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “Tural-110” firması (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 500.00 (beş yüz) ABŞ dolları pul vəsaitinin 30 (otuz) faizi məbləğində yəni, 150.00 (bir yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində inzibati cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ******************** hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar