Məhkəmə qərarları › İş №3(060)-2022/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2022/2022

04.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2022/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayonu DYP tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayonu DYP tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 əvvəlki məhkəmə iclasında bildirdi ki, 14 iyul 2022-ci il tarixdə o Masallı rayonunda Masallı Yardımlı yolunun 8-ci km-də idarə etdiyi Opel Astra markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomoibili ilə hərəkətdə olan zaman saat 19:16 radələrində YPX onu saxlamış və Masallı DYP-nin Yol-Patrul xidməti inspektoru, polis kapitanı X4 tərəfindən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuş və həmin protokolun əsasında TP ******* nömrəli İnzibati Tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı (1.1, 1.3 və 1.11 üfıqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor onun etirazı ilə razılaşmamış və barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma, heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X8’' Azərbaycan Respublikası Qanunun tələblərini pozmaqla 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab etdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hörmətli məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində (1.1, 1.3 və 1.11 üfıqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) qeyd edilir. YPX əməkdaşı barəsində protokol tərtib edərkən ona nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçdiyini bildirmiş, buna görə də, qeyd olunan maddəyə əsasən məsuliyyətə cəlb edilmişdir. O, qeyd olunan yolda tam qanuni olaraq hərəkətini davam etdirmiş və belə bir hal əsla olmamışdır. O və onunla hərəkət edən qarşısındakı nəqliyyat vasitəsinə ötməklə bağlı işarə etmiş, qarşıdakı nəqliyyat vasitəsi isə sağa çəkərək ona yol vermiş, bunun da əsasında qanuni şəkildə ötmə əməliyyatını həyata keçirmiş və hərəkətimi davam etdirmişdir. Bu barədə o DYP əməkdaşına bildirsə də, heç bir nəticəsi olmamış, onun hərəkətində qayda pozuntusunun olması DYP əməkdaşı tərəfindən israr edilmiş və barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublilası İXM-nin yuxarıda qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi onun barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Qərarda onun yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməyi qeyd olunsa da, bununla bağlı ona heç bir sübut təqdim edilməmiş və barəsində tərtib olunmuş qərar formal müzahirələrə əsaslanır. Belə ki, o yol nişanının tələblərini pozmamış və bu barədə ittiham tərəfin heç bir mötəbər sübutu yoxdur. Barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayonu DYP-nin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon DYP-nə bildiriş göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışında nümayəndəsinin iştirakını və X2 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon DYP tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar