Məhkəmə qərarları › İş №3(060)-2024/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2024/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2024/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin sahə rəisi X5 tərəfindən 18 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 09.06.2021-ci il tarixə keçən gecə, saat 00:30 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində X2 ünvanına ucadan nalayiq söyüşlər söyərək ətrafda yaşayan vətəndaşların narahatçılığına səbəb olan ictimai qaydanı pozan xuliqanlıq hərəkəti etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin sahə rəisi X5 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək göstərdi ki, Şəxs 09.06.2021-ci il tarixə keçən gecə, saat 00:30 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində X2 ünvanına ucadan nalayiq söyüşlər söyərək ətrafda yaşayan vətəndaşların narahatçılığına səbəb olan ictimai qaydanı pozan xuliqanlıq hərəkəti etmişdir. Sahə rəisi qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, 08.06.2021-ci il tarixdə təxminən saat 00:50 radələrində özünə məxsus “Opel-Astıra” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 saylı tam orta məktəbin yaxınlığından keçən zaman, təsadüfən orada tanışları Elşəni, Ramini və Emini görmüş, avtomobili saxlayaraq onlara yaxınlaşmışdır. Elşənlə söhbət edən zaman Emin və Ramin piyada bir neçə metr qabağa getmişlər, o, Elşənlə söhbət edib avtomobili işə salaraq qabağa doğru idarə etmiş, Ramin həmin vaxt yolun ortasında olduğu üçün o, Ramindən kənara çəkilməsini xahiş etmiş, lakin, Ramin yoldan kənara çəkilməkdən imtina etmiş və onun ünvanına nalayiq söyüşlər işlətmiş, o, da əsəbləşərək uca səslə Raminin ünvanına nalayiq söyüşlər söymüş, həmin vaxt ətrafda yaşayan binanın sakinləri balkona çıxaraq onlara öz iradlarını bildirmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları və işdəki digər sənədlərlə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs peşimançılığını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar