Məhkəmə qərarları › İş №3(060)-2027/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2027/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2027/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işrirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7128/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra etməYƏRƏK 3980 (üç min doqquz yüz səksən) manat borcu qalmışdır. Protokolu tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs yazılı qəbzə əsasən xx.xx.2018-ci il tarixdə 2150 (iki min yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə verilmiş yazılı qəbzə əsasən 2000 (iki min) manat, cəmi 4150 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qəbul olunduqdan sonra cəmi borclu 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. Protokolu müdafiə etdiyini və borclu X2 barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan yazılı qəbzə əsasən xx.xx.2018-ci il tarixdə 2150 (iki min yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə verilmiş yazılı qəbzə əsasən 2000 (iki min) manat, cəmi 4150 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hal-hazırda işləmir və ona görə də ödəniş edə bilmir. Yaxınlarda işə düzəlməlidir. Əmr verilən kimi əmək haqqından hər ay ödəniş edəcəyini və himayəsində 02 azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7128/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs yazılı qəbzə əsasən xx.xx.2018-ci il tarixdə 2150 (iki min yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə verilmiş yazılı qəbzə əsasən 2000 (iki min) manat, cəmi 4150 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qəbul olunduqdan sonra cəmi borclu 200 (iki yüz) manat məbləğində pul ödəmişdir. Borclu Şəxs pulunun ödəməsini tələb edir. Şəxs qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə Şəxs himayəsində 02 (iki) azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7128/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs yazılı qəbzə əsasən xx.xx.2018-ci il tarixdə 2150 (iki min yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə verilmiş yazılı qəbzə əsasən 2000 (iki min) manat, cəmi 4150 manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu bu günə qədər ödəniş etməmiş və borcun ödənilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar