Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2028/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokolun əsasında qəbul edilmiş inzibati qərarın ləğv edilməsinə dair X2 şikayətinə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokolun əsasında qəbul edilmiş inzibati qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokolun əsasında qəbul edilmiş inzibati qərarın məhkəmə nəzarəti qaydasında tələb edilərək öyrənilib ləğv edilməsi xahiş edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Fəqan Şükürov tərəfindən mübahisələndirilən qərar onun özü tərəfindən aidiyyəti orqandan əldə edilib şikayətə əlavə olunmalı idi. Məhkəmənin mübahisələndirilən qərarın əldə edilməsi öhdəliyi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə daxil olduğu gündən 10 gün müddətində baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, X2 şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokolun əsasında qəbul edilmiş inzibati qərarının ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Şikayət vermiş şəxs X3 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2028/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2028/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver