Məhkəmə qərarları › İş №3(060)-2029/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2029/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2029/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Qərarından şikayət verilmiş orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, “Kənan” firmasının vəzifəli şəxsi olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimlə bağlı 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən 31 may 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət verilmiş, X4 Xidmətinin 28 iyun 2022-ci il tarixli, **********3/22 nömrəli iş üzrə qərarına əsasən şikayət təmin edilməmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Qərar 15 iyul 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi İlə müəyyən edilmiş tələblər pozulmaqla qəbul edilmişdir. Belə ki, prosessual hərəkətin keçirilməsi barədə vaxtında bildiriş təqdim edilməmiş, heç bir əlaqə vasitəsi İlə məlumat verilməmiş və nəticədə iştirakı təmin edilməmiş, protokol və qərar elektron qaydada tərtib edilməmiş, ona məxsus elektron kabinetdə yerləşdirilməmiş və SMS məlumat göndərilməmişdir. 31 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, “KƏNAN” firması fəaliyyət göstərməsinə baxmayaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixli məktubla “KƏNAN” firmasına məktub göndərilərək xx.xx.2022-ci il tarixdə nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə “KƏNAN” firmasına çatmışdır. Lakin “KƏNAN” firması nümayəndəsinin iştirakını təmin etməmiş və xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin baxılması xx.xx.2022-ci il tarixə təyin olunmuş, bu barədə “KƏNAN” firmasına bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2022-ci il tarixdə “KƏNAN” firmasının ünvanına çatmışdır. “KƏNAN” firmasının icraçı direktoru X3 barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, icra olunması üçün “KƏNAN” firmasının ünvanına göndərilmiş və həmin qərar xx.xx.2022-ci il tarixdə ünvana çatmışdır. Yuxarıda qeyd olunanlara əsasən bildirmək istəyir ki, “KƏNAN” firması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən lazımi qaydada xəbərdar edilsə də, “KƏNAN” firması işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin “KƏNAN” firmasına göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə nümayəndəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət edilmişdir. Məktub xx.xx.2022ci il tarixdə “KƏNAN” firmasının ünvanına çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin “KƏNAN” firmasına göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin baxılması xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məktub xx.xx.2022-ci il tarixdə “KƏNAN” firmasının ünvanına çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin “KƏNAN” firmasına göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “KƏNAN” firmasının icraçı direktoru X3 barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və icra olunması üçün “KƏNAN” firmasının ünvanına göndərilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə “KƏNAN” firmasının ünvanına çatmışdır. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə proses iştirakçısının izahatından və iş materiallarından müəyyən olunur ki, “KƏNAN” firması fəaliyyət göstərməsinə baxmayaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Nəticədə “KƏNAN” firmasının icraçı direktoru X3 barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bununla əlaqədar həmin qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar