Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2029/2023 13.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, qərardan şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra mətndə 4 saylı Regional ETSİ) tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, həmçinin mübahisələndirilən qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2029/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 mübahisələndirilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək şikayət icraata qəbul edilmişdir. X5 şikayətində göstərmişdir ki, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 avqust 2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə Qərarı ilə o İXM-nin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. İnzibati orqanın inzibati tənbeh vermə haqqında qərarı ünvanına göndərilməmiş və bu qərarın mövcudluğundan onun xəbəri xx.xx.2023-cü il tarixinə kimi olmamışdır. Həmin tarixdə, həmin inzibati orqanın mənə qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbi üzrə Sumqayıt şəhər məhkəməsində keçirilən mülki işin hazırlıq iclasında tanış olmuş və onu əldə etmişdir. Barəsində seçilmiş inzibati tənbeh vermə haqqında qərar ilə razı deyil, onu qanunsuz və əsassız hesab etmişdir. İnzibati orqan işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İstifadəsində **-DN-*** dövlət nömrə nişanlı “KAMAZ” markaı yükü özü boşaldan yük maşını var və ona məxsus yük maşını ilə fiziki və hüquqi şəxslərə daşıma xidmətləri göstərmişdir. O, xx.xx.2022-ci il tarixdə 4 saylı RETSİ-nin əməkdaşı Sumqayıt şəhəri, st.Sumqayıt ərazisinə yaxın və ondan bir qədər aralıda yerləşən ferma ərazisində olmuşdur. Həmin vaxt ferma sahibinin adından çıxış edən və onun nümayəndəsi olan Ağaşirin adlı şəxsin göstərişinə əsasən ərazidə aparılan abadlaşdırma ilə bağlı, ərazidə olan yükləyici traktor vasitəsi ilə ona məxsus Kamazla 2 maşın kəpric qırıntılarını yüklənərək elə həmin ərazidə göstərilən yerə boşaltmışdır. Bu zaman ərazidə tanımadığı şəxs olmuşdur. O sonradan bilmişdir ki, bu 4 saylı RETSİ-nin əməkdaşıdır. Tərəfindən guya Kamazla “faydalı qazıntı olan qarışıq süxurun qanunsuz daşınması”faktı olmamışdır, yuxarıda qeyd etdiyi kimi tərəfindən ferma sahibinin göstərişinə əsasən tikinti qalıqlarından ibarət kərpic qalıqlarının ərazidən kənarlaşdırılması işləri icra edilmişdir. Həmin vaxt yadına gəlir ki, bir nəfər şəxs ərazidə foto çəkiliş aparmış o cümlədən də ona məxsus Kamazın da şəklini çəkmişdir. Ondan soruşduqda bunu nə məqsəd ilə aparmış, cavabında bunun heç bir problem yaratmayacağını bildirərək ərazidən tez uzaqlaşmışdır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması 13 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmədə şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək şikayətiniə uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Regional ETSİ-nin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında şikayəti qəbul etməyərək bildirdi ki, Abşeron rayonu, St.Sumqayıt qəsəbəsi, məcburi köçkünlər üçün salınan şəhərciyin arxa hissəsində xx.xx.2022-ci il tarixdə 50DN047 dövlət qeydiyyat nişanlı Kamaz markalı maşınla qanunsuz qarışıq süxurun yığılması müəyyən edilmişdir. Bu səbəblə X5 barəsində İXM-nin 228-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bu barədə təbiətə dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Qeyd olunan qanun pozuntsunu təsdiq edən foto şəkilləri məhkəməyə təqdim edərək məhkəmədən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş foto şəkilləri, sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialında olan xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, St.Sumqayıt qəsəbəsi, məcburi köçkünlər üçün salınan şəhərciyin arxa hissəsində xx.xx.2022-ci il tarixdə 50DN047 dövlət qeydiyyat nişanlı Kamaz markalı maşınla qanunsuz qarışıq süxurun yığılmasına görə İXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materialında olan 31.082022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu, St.Sumqayıt qəsəbəsi ərazisində xx.xx.2022-ci il tarixdə 50DN047 dövlət qeydiyyat nişanlı Kamaz markalı maşınla qanunsuz qarışıq süxurun yığılmasına görə X5 İXM-nin 228-ci maddəsi ilə 600,00 manat məbləğində iznibati cərimə olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X5 tərəfindən Abşeron rayonu, St.Sumqayıt qəsəbəsi, məcburi köçkünlər üçün salınan şəhərciyin arxa hissəsində xx.xx.2022-ci il tarixdə 50DN047 dövlət qeydiyyat nişanlı Kamaz markalı maşınla qanunsuz olaraq qarışıq süxurun yığılmasını həyata keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 4 saylı Regional ETSİ tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li xx.xx.2023-cü inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2029/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2029/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver