Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2030/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 iyul 2022-ci il tarixli, EP № 0047529, 00100-1570/22 saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 26, mənzil 32 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.1-ci maddəsinə əsasən 27 iyul 2022-ci il tarixli EP № 0047529, 00100-1570/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından idxal edilmiş və **********1515 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən təqdim edilmiş **********5629 sorğu nömrəli elektron qaydada qısa idxal həyannaməsində mallara dair məlumatlar düzgün göstərilsə də, sözügedən malların idxal edildiyi nəqliyyat vasitəsinin nömrəsinin düzgün göstərilmədiyi, belə ki, idxal olunan mallar ölkə ərazisinə faktiki olaraq 94313897 nömrəli nəqliyyat vasitəsi ilə gətirilsə də, qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin 98333859 nömrəli göstərildiyi aşkar edilmişdir. Nəticədə. "Huanyu İnternational” MMC-nin əməlində İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********5629 sorğu nömrəli əvvəllcədən təqdim edilmiş elektron qaydada qısa idxal həyannaməsində mallara dair məlumatlardan görünür ki, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından idxal edilən mallar 98333859 nəqliyyat vasitəsinin nömrəsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********1515 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından idxal edilən mallar 94313897 nəqliyyat vasitəsinin nömrəsi qeyd edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, o direktoru olduğu “Huanyu İnternational" MMC-nin adına Çin Xalq Respublikasından idxal edilmiş yüklərə dair əvvəlcədən göndərən şirkətin verdiyi müşayiət sənədlərinə əsasan **********5629 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin verldiyini, lakin, sonradan malların qısa idxal bəyannaməsində yazılan vaqonla deyil, başqa vaqonla göndərildiyi öyrəndiklərini, nəqliyyat vasitəsinin nömrəsinin səhv olduğunu əvvəlcədən bilmədiklərini, gömrük qaydalarının pozulduğunu bildiklərini, gələcəkdə bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 26, mənzil 32 olan Şəxs MMC-nin adına Çin Xalq Respublikasından idxal edilmiş və **********1515 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair əvvəlcədən təqdim edilmiş **********5629 sorğu nömrəli elektron qaydada qısa idxal həyannaməsində mallara dair məlumatlar düzgün göstərilsə də, sözügedən malların idxal edildiyi nəqliyyat vasitəsinin nömrəsinin düzgün göstərilmədiyi, belə ki, idxal olunan mallar ölkə ərazisinə faktiki olaraq 94313897 nömrəli nəqliyyat vasitəsi ilə gətirilsə də, qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin 98333859 nömrəli göstərildiyi aşkar edilmişdir. Belə ki, idxal olunan mallar ölkə ərazisinə faktiki olaraq 94313897 nömrəli nəqliyyat vasitəsi ilə gətirilsə də, qısa idxal məyannaməsində nəqliyyat vasitəsinin nömrəsinin 98333859 nömrəli olduğu göstərilmişdir. Nəticədə Şəxs tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/015846 saylı xx.xx.2022-ci il tarixli raport, “**********1515” saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi, “**********35629” sorğu nömrəli qısa idxal bəyannaməsi, Şəxs MMC-nin qanuni təmsilçisi X1 izahatı və işdə olan digər sənədlərlə ilə təsdiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 26, mənzil 32 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2030/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2030/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver