Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2032/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və “Dan Ulduzu” Şadlıq evinin rəhbəri kimi o Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat inzibati cərimə edilmişdir. O barəsində tərtib olunmuş qərarla razılaşmır. Qərarda qeyd edilmişdir ki, “Dan Ulduzu” şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olmuşdur. Bildirir ki, “Dan Ulduzu” şadlıq evindən atmosfer havasına atılan zərərli maddələrinin tutulub zərərsizləşməsi üçün təmizləyici qurğu quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları şadlıq evinə gələrək “Dan Ulduzu” şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olduğunu bildirdilər. O onlara onun iştirakı ilə mətbəxə baxış keçirilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları imtina edərək şadlıq evindən çıxıb getmişlər. Bildirir ki, “Dan Ulduzu” şadlıq evində atmosfer havasına atılan zərərli maddələrinin tutulub zərərsizləşməsi üçün təmizləyici qurğu quraşdırılmışdır. Bunu xx.xx.2022-ci ildə tərtib edilmiş 67930 saylı akt təsdiq edir. Aktda göstərilmişdir ki, qurğu təmizlənmədiyinə görə zərərli maddənin miqdarı yol verilən bilən normativdən artıqdır. O aktla və qərarla razılaşmır. Rəhbərlik etdiyi “Dan Ulduzu” şadlıq evində atmosfer havasına zərərli tüstü buraxılmır, çünki şadlıq evinin işçisi tərəfindən vaxtı-vaxtında təmizlənir. Həmçinin bildirmək istəyir ki, təmizləyici qurğu şadlıq evinin 2-ci mərtəbəsində quraşdırılmışdır. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları zərərli maddələri cihazla aşağıdan müəyyən etmişlər. Bundan başqa ətrafda cox sayda şadlıq evləri vardır. Zərərli maddələrin hansı şadlıq evindən buraxıldığını müəyyən etmək mümkün deyildir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməmkdaşları tərəfində monitorinq keçirilmiş və "Dan Ulduzu" şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olması barədə 67930 nömrəli, xx.xx.2022-ci il tarixli manitorinq aktı tərtib olunmuşdur. Monitorinq aktı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin əməkdaşları tərəfindən tərtib olunsa da, həmin xidmətin inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığına görə inzibati xəta haqqında protokol 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməmkdaşları tərəfindən tərtib olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını və X1 həmin qərardan vermiş şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, o, "Dan Ulduzu" şadlıq evində inzibatçı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə şadlıq evində toy mərasimi var idi. Axşam tərəfi 2 nəfər gələrək müdirin otağına getdilər. O, da onların arxasınca müdirin otağına daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olduğunu bildirdikdə müdir onlara birlikdə gedib mətbəxə baxış keçirilmələrini bildirsə də, onlar müdirin sözünə fikir verməyərək birlikdə mətbəxə baxış keçirilməsinə imtina edərək şadlıq evindən çıxıb getmişlər. Şadlıq evində atmosfer havasına atılan zərərli maddələrinin tutulub zərərsizləşməsi üçün təmizləyici qurğu quraşdırılmışdır, atmosfer havasına zərərli tüstü buraxılmır, çünki təmizləyici qurğu şadlıq evinin işçisi tərəfindən vaxtı-vaxtında təmizlənir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, "Dan Ulduzu" şadlıq evində ofisiant vəzifəsində işləyir. Şadlıq evində atmosfer havasına atılan zərərli maddələrinin tutulub zərərsizləşməsi üçün təmizləyici qurğu quraşdırılmışdır, atmosfer havasına zərərli tüstü buraxılmır, çünki təmizləyici qurğu tərəflərindən vaxtı-vaxtında təmizlənir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində "Dan Ulduzu" şadlıq evində aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, ətrafda cox sayda şadlıq evləri var, təmizləyici qurğu şadlıq evinin 2-ci mərtəbəsində quraşdırılmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları isə aşağıdan dayanaraq cihazla zərərli maddələri müəyyən etmişlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qərardan şikayət vermiş şəxs X1, protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və şahidlərin izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və “Dan Ulduzu” Şadlıq evinin rəhbəri kimi o Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat inzibati cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, “Dan Ulduzu” şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olmuşdur. “Dan Ulduzu” şadlıq evindən atmosfer havasına atılan zərərli maddələrinin tutulub zərərsizləşməsi üçün təmizləyici qurğu quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları şadlıq evinə gələrək “Dan Ulduzu” şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrinin miqdarı yol verilən normadan artıq olduğunu bildirsələr də, “Dan Ulduzu” şadlıq evinin nümayəndəsinin iştirakı ilə təmizləyici qurğuya baxış keçirilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları imtina edərək şadlıq evindən çıxıb getmişlər. Şahid ifadələri ilə müəyyən olunmuşdur ki, təmizləyici qurğu mütəmadi olaraq “Dan Ulduzu” şadlıq evinin işçiləri tərəfindən vaxtı-vaxtında təmizlənir. Təmizləyici qurğu şadlıq evinin 2-ci mərtəbəsində quraşdırılmışdır. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları zərərli maddələri cihazla aşağıdan müəyyən etmişlər. Bundan başqa ətrafda cox sayda şadlıq evləri vardır. Zərərli maddələrin hansı şadlıq evindən buraxıldığını müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, plandankənar (növbədənkənar) yoxlama vətəndaşların müraciəti əsasında keçirilməsi barədə yoxlayıcı orqan konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması barədə sübut təqdim etməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, X1 şadlıq evinin təmizləyici qurğusuna Xidmətin əməkdaşları ilə birgə baxış keçirilməsini bildirsə də, Xidmətin əməkdaşlarının bundan imtina etməsini, təmizləyici qurğunun şadlıq evinin 2-ci mərtəbəsində quraşdırılmasını, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin əməkdaşları zərərli maddələri şadlıq evinin 2-ci mərtəbəsində quraşdırılmış təmizləyici qurğunun yanında deyil cihazla aşağıdan ölçülməsini, ətrafda cox sayda şadlıq evlərinın olmasını və zərərli maddələrin məhz hansı şadlıq evindən buraxıldığını müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2032/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2032/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver